• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Qarabağ" mübarizəni dayandırdı - YENİLƏNİB

Manşet / Avropa Liqası

15-03-2024, 01:0

“Qarabağ” Avropa Liqasında mübarizəni dayandırıb.

Azərbaycan çempionu bu gecə turnir çərçivəsində növbəti oyuna çıxıb. Rəqib güclü və əzəmətli “Bayer-04” olub. “CBC Sport” oyunu canlı yayınlayıb.

Avropa Liqası, 1/8 final, cavab oyunu
Bayer-04 (Almaniya) - Qarabağ 3:2
Ceremi Frimponq, 71, Patrik Şik, 90+3, 90+7 - Abdullah Zubir, 59, Olavio Juninyo, 68

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 64
"Bayer 04": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka.
"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo.
Hakimlər: ENTONİ TEYLOR, Qari Besuik, Adam Nann, Endryu Medli (hamısı İngiltərə).
VAR hakimi: Stüart Attuell (İngiltərə).
VAR hakiminin köməkçisi: Carred Qavan Cillett (Avstriya).
UEFA nümayəndəsi: Duşko Qrabovaç (Xorvatiya)
Hakim-inspektor: Rune Pedersen (Norveç)
14 mart. Leverkuzen, “BayArena”. Saat 00.00.
İlk oyun - 2:2.

Ağdam təmsilisi daha bir çətin rəqiblə qarşı-qarşıyadı. Bu dəfə rəqib Almaniya bundesliqasının məğlubedilməz lideri “Bayer-04”dü. Düzdü, “köhlən atlar” “Tofiq Bəhramov”da keçirilən ilk oyunun 1-ci hissəsində qələbə ümidi vermişdi, lakin sonradan özünü büruzə verən yorğunluq, rəqibin heyətindəki tutarlı əvəzetmələr oyunun axarını dəyişdi və “sülh” qeydə alındı. Azərbaycandan Leverkuzenə dikilən gözlərdəki ümid işığının səbəbi də məhz həmin nəticədi. Qurban Qurbanovun komandası “Zirə” ilə oyunun və uzun səfərin yorğunluğunu dərhal üzərindən atmalı və çətin oyuna köklənməlidi. “Aspirinlər” son 36 matçın 31-dən qələbə, 5-dən heç-heçə ilə ayrılıb. Qısası, “Bayer-04”ü dünya miqyasında dayandıran tapılmır. Onu da qeyd edək ki, üç futbolçu bu görüşdə baş məşqçi Xabi Alonsonun sərəncamında olmayacaq. Braziliyalı müdafiəçi Artur qasıq nahiyəsindən zədəlidisə, komandanın aparıcı hücumçusu Viktor Bonifasın əzələsində problem var. Həmçinin yarımmüdafiəçi Noay Mbamba da görüşü tribunadan izləməli olacaq.

“Qarabağ”a gəlincə, Elvin Cəfərquliyev, Julio Romao və Kevin Medinanın dönüşü şad xəbərlər sırasındadı. Qurban Qurbanov “Zirə” ilə oyunda daha faydalı oyunçulara istirahət verdiyindən bu matçda onların yaxşı təsir bağışlayacağına ümid edir. Üzücü məqam isə Juninyonun istənilən formada olmamasıdı. O mənada ki, hücumçu zədəsini yenicə sağaldıb.

İndi isə ağdamlıların Almaniya təmsilçiləriylə avrokubok sınaqlarına nəzər salaq. Xatırladaq ki, “köhlən atlar” indiyədək bu ölkənin 4 klubu ilə üz-üzə gəlib, oyunların 7-si bizimkilərin məğlubiyyətiylə yekunlaşıb. “Qarabağ” yalnız bir görüşdə heç-heçə etməyi bacarıb. Son çempion Almaniya klublarına qarşı oyunlarda 4 qol vurubsa, 18 qol buraxıb. Avropa Liqasının 2010/11 mövsümünün pley-off mərhələsində Dortmund “Borussiya”sıyla qarşılaşmalar səfərdə 0:4, Bakıda 0:1 hesabıyla bitib. Nəticədə təmsilçimiz avrokuboklarla vidalaşıb. İkinci görüş Avropa Liqasının 2013/14 mövsümünə təsadüf edib. Turnirin pley-offunda “Ayntraxt”la üz-üzə gələn kollektiv Bakıda 0:2, səfərdə 1:2 hesabıyla uduzub. “Qarabağ”ın Avropa Liqasının 2022/23 mövsümünün qrup mərhələsindəki alman rəqibi isə “Frayburq” olub. Səfərdə uduzan “köhlən atlar” (1:2) Bakıda heç-heçə edib – 1:1. Cari mövsümdə Avropa Liqasının qrup mərhələsindəki rəqib isə “Bayer-04” olub. Xabi Alonsonun yetirmələri evdə 5:1, Bakıda 1:0 hesablı qələbəyə imza atıb.

Göründüyü kimi, başlaması üçün saatlar saydığımız oyunda qələbə qeydə alınsa, bayram bayrama qarışacaq. Həm tarixdə ilk dəfə Almaniya təmsilçisini məğlub edəcək, həm də Avropa Liqasının 1/4 finalına vəsiqə qazanacağıq. Hələ “Bayer-04” kimi Almaniya nəhənginin 36 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulmasını demirik! Uğurlar, “Qarabağ”!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Avropa Liqası

12-03-2024, 13:0

"Qarabağ"ın "Bayer-04"lə matçı ingiltərəli hakimə tapşırıldı

Manşet / Avropa Liqası

9-11-2023, 23:0

“Qarabağ” məğlub oldu - YENİLƏNİB

Manşet / Avropa Liqası

27-10-2023, 01:0

”Qarabağ” Leverkuzendən xalsız dönür - YENİLƏNİB

Avropa Liqası

7-03-2024, 17:0

"Bayer-04"ün əsas qapıçısı "Qarabağ"a qarşı oynamayacaq

Avropa Liqası

24-02-2024, 11:0

"Qarabağ"ın "Bayer-04"lə oyunlarının başlama saatı

Avropa Liqası

16-03-2023, 21:0

Avropa Liqası: “Fənərbaxça” cavab oyununda “Sevilya”dan revanş almağa çalışır - YENİLƏNİR

Aktual
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Son xəbərlər
  • Bu gün, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 215
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 119
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 118
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə