UEFA siyahı açıqladı: "Qarabağ" 3-cüdü - FOTO

13.03.2024 15:00 174
Ölkə futbolu
Avropa Liqasının rəsmi sosial şəbəkə hesabları yarışın 1/8 final mərhələsinin ən yaxşı formada olan iştirakçıları ilə bağlı göstəriciləri açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, reytinqdə son 5 matçda ən yaxşı nəticə göstərən 10 komanda yer alıb. Onların sırasında "Qarabağ" da var. Siyahı 1/8 finalın cavab matçlarlına bir gün qalmış elan edilib.

AL-in iştirakçısı olan, göstərdiyi nəticələrə əsasən ən yaxşı formada olan 10 klubun (16 komanda arasından) adının daxil edildiyi siyahıda liderlik "Marsel"ə məxsudur. Fransa təmsilçisi son 5 matçın hamısında qələbə qazanıb. 2-ci yeri "Liverpul", 3-cü yeri "Qarabağ", 4-cü yeri isə "Bayer" tutur. Bu komandalar son 5 matçın 4-da qalib gəlib, 1-də isə heç-heçə edib.

Sonrakı yerlərdə müvafiq olaraq "Roma" (3 qələbə, 2 heç-heçə), "Reyncers" (3 qələbə, 1 məğlubiyyət, 1 heç-heçə), "Slaviya" (3 qələbə, 1 məğlubiyyət, 1 heç-heçə),"Vilyareal" (3 qələbə, 1 məğlubiyyət, 1 heç-heçə), "Milan" (3 qələbə, 1 məğlubiyyət, 1 heç-heçə) və "Frayburq" (3 qələbə, 1 məğlubiyyət, 1 heç-heçə) qərarlaşıblar.

TOP-10-luq

UEFA siyahı açıqladı: "Qarabağ" 3-cüdü