“Transfermarkt” yanlış bilgi yayıb” – “Zirə” rəsmisi iddiaları təkzib etdi

7.01.2024 19:51 616
Premyer-liqa / Manşet
Son günlər mətbuatı zəbt edən xəbərlərdən biri də “Zirə”nin legioneri Vladislav Kulaçın komandadan ayrılmasıdı.

Əslində məşhur “transfermarkt” portalında da belə məlumat qeyd olunub. İddiaya görə, futbolçu yanvarın 3-də “qartallar”dan ayrılıb və hazırda klubsuzdu.

Məlumatın doğru olub-olmadığını öyrənmək məqsədilə “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə ilə əlaqə saxladıq. O, “Football-plus.az”a açıqlamasında bilginin doğru olmadığını və adı çəkilən portalın yanlışlığa yol verdiyini dedi: “Vladislav Kulaç komandadan ayrılmayıb. Əksinə, hazırda kollektivlə birgə məşq edir”.

Qeyd edək ki, futbolçunun klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

KƏNAN BAHADIR