"Roma"nın üzvü martın ən yaxşısı seçildi

31.03.2022 21:36 408
Dünya futbolu
İtaliya çempionatında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Bu nominasiyada Temmi Abraham qalib gəlib. “Roma”ın ingilis hücumçusu İtaliya Futbolçular Assosiasiyasının sorğusunda 1-ci yeri tutub.

Abraham mart ayında A seriyasında meydana çıxdığı 3 oyunda 3 qol vurub. Onun bu liqanın cari mövsümündəki göstəriciləri isə 29 oyuna və 15 qola bərabərdi.