Paulo Dibala bir qədər gözlənilməz qərar verib. “Roma”nın oyunçusu Argentina millisi ilə DÇ-2022-də qazandığı qızıl medalı klubun muzeyinə hədiyyə edib.
Bu məlumatı İtaliya klubunun saytı yayıb. 29 yaşlı hücumçu “Roma”da 2022-ci ilin yayından oynayır. “Yuventus”u azad agent kimi tərk edən Paulo Qətərdə keçirilən dünya çempionatında yalnız iki oyunda meydana çıxmaq şansı qazanıb.