“Xəzər Lənkəran”la bağlı şad xəbər verildi - martın sonu başlayır!

12.03.2024 16:30 3 649
Ölkə futbolu / Manşet
“Xəzər Lənkəran” stadionunun təmirə bağlanacağını xəbər vermişdik.

“Palmali”nin Bakı ofisinin martda bu yöndə işlərə başlayacağı deyilmişdi. Klubun fəxri prezidenti Mübariz Mənsimovun məsələylə bağlı konkret tapşırığı olsa da, hələ ki çalışmalara start verilməyib.

Belədə son durumu öyrənmək üçün sözügedən stadionun sabiq direktoru Höccət Hacıyevlə danışmağı lazım bildik. Onun “Football-plus.az”a söylədikləri:

“Layihə-smeta sənədlərinin hazırlanmasıyla bağlı işlər davam edir. Şükür Allaha, hər şey qaydasındadı. Hansısa problemdən söhbət gedə bilməz. Sadəcə, bir az zaman lazımdı. Çox güman ki, martın sonuna qədər təmir işlərinə başlanacaq. Biz də səbrsizliklə şad xəbəri gözləyirik”.

KƏNAN BAHADIR