"Bayer-04" - "Qarabağ" oyununun hakimləri bəlli oldu

24.10.2023 12:30 234
Avropa Liqası
Almaniyada yerli "Bayer-04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununun təyinatları bəlli olub.

"Football-plus.az" xəbər verir ki, qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Horatiu Feşniçə laynsmanlar qismində Valentin Avram və Aleksandru Çerey kömək göstərəcək.

Dördüncü hakim funksiyasını Szabols Kovaç yerinə yetirəcək.

VAR-da portuqaliyalı Tiaqu Martins və italiyalı Paolo Valeri olacaq.

Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq "Bayer 04" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.