Ölkə kuboku: “Neftçi” – “Qarabağ” matçının vaxtı

12.03.2024 12:30 181
Ölkə futbolu / Ölkə kuboku
Ölkə kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, qarşılaşmalar aprelin 2-də və 3-də gerçəkləşəcək.

İlk gündə əzəli rəqiblər “Neftçi” ilə “Qarabağ” birincilərin meydanında üz-üzə gələcək. Ertəsi gün “Qəbələ” paytaxtda “Zirə”nin qonağı olacaq.

Ölkə kuboku, yarımfinal
2 aprel
Neftçi – Qarabağ

“Neftçi Arena”. Saat 20.00.

3 aprel
Zirə – Qəbələ

Zirə İdman Kompleksinin stadionu. Saat 19.00.