Ölkə kuboku: 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı

12.01.2024 15:57 235
Ölkə kuboku
Ölkə kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, qarşılaşmalar yanvarın 30-31-də keçiriləcək.

İki günü əhatə edəcək raundun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

30 yanvar
Səbail – Zirə

“ASCO Arena”. Saat 15.00.

Sabah – Qarabağ
“Bank Respublika Arena”. Saat 19.00.

31 yanvar
Araz-Naxçıvan – Qəbələ
“Dalğa Arena”. Saat 16.00.

Sumqayıt – Neftçi
“Kapital Bank Arena”. Saat 19.00.