Yarımfinalın cavab oyunlarının vaxtı bəlli oldu

20.04.2022 12:45 607
Ölkə kuboku
Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.

Məlumatı PFL-in rəsmi saytı yayıb.

Eyni gündə keçiriləcək görüşlər “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

29 aprel (cümə)

Qarabağ – Qəbələ
Bakı. Azersun Arena. Saat 17.30

Neftçi – Zirə
Bakı. Bakcell Arena. Saat 20.30