Roman Abramoviç Avropada növbəti klubun sahibi olmağı düşünür.
Rusiyalı milyarder “Valensiya”nı almağı planlaşdırır. İspaniya mənbələrinin xəbərinə görə, yerli azarkeşlər yeni sahibin gəlişi ilə klubun işlərinin yaxşılaşacağına ümid edirlər.
Abramoviç daha əvvəl “Çelsi”nin sahibi olub. O, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra - 2022-ci ilin mayında London klubundan ayrılmalı olub. Paytaxt klubu onun rəhbərliyi altında beş dəfə İngiltərə çempionu, iki dəfə Çempionlar Liqasının qalibi olub.
Hazırda “Çelsi”nin sahibi amerikalı biznesmen Todd Boelidi.