• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Toral “Qalatasaray”da potensialını ortaya qoya bilməz” - "Qarabağ”ın ulduzunu yetişdirən mütəxəssis

Premyer-liqa / Manşet

11-03-2024, 23:0

“Xəzər Lənkəran” camiəsinin heç unuda bilmədiyi şəxslərdən biri də İlhan Akgüldü.

Türkiyəli mütəxəssis vaxtilə klubun gənclər inkişaf proqramının rəhbəri kimi çalışıb. Klub fəaliyyətini dayandırana qədər də heç yerə getməyib. Bəs indi o, “Xəzər Lənkəran” haqda nə düşünür? Bir neçə il Azərbaycanda qalan çalışdırıcı həmin dönəmi necə xatırlayır? Köhnələri yada saldıq, İlhan Akgüllə söhbətləşdik.

- Azərbaycanda neçə il qaldız? Karyeranızın “Xəzər Lənkəran” dönəmini necə xatırlayırsız?
- Azərbaycanda 5 il fəaliyyət göstərdim. “Xəzər Lənkəran”a gəldiyim ilk gündən bəri həqiqətən də istər klub rəhbərliyinin, istərsə lənkəranlıların futbol sevgisi mənə yaxşı təsir etdi. Azərbaycanda gördüyüm ən yaxşı futbol tərəfdarı və sevgisi cənub bölgəsindəydi. Kluba gəldiyim vaxt başda hörmətli Tuyqun Nadirov olmaqla yanaşı, klub prezdineti Mais Mənsimovun və Mübariz Mənsimovun mənə, kluba verdiyi dəstəklə “Lənkəranda futbolçu yetişmir” anlayışını tam dəyişdik. Düzgün sistem və tədrislə burdan çox yaxşı futbolçular çıxa, Azərbaycan futboluna töhfə verə biləcəyini həmin dönəmdə göstərmiş olduq. Bu üzdən gecə-gündüz çalışırdıq. Təbii ki, bunlar təkbaşına olmur. Təkcə məşqçilər və ya rəhbərlik yox, komanda olaraq, bir-birimizə verdiyimiz dəstəklə cənub bölgəsində futbolçu axtarırdıq. Çox yaxşı oyunçular yetişdi. Mənim üçün “Xəzər Lənkəran” dönəmi çox önəmlidi. Ömrümün 5 ilini orda böyük sevgiylə çalışaraq keçirdim. Buna görə də “tək millət, iki dövlət” anlayışı altında ordakı insanların da sevgisini gördükcə daha çox məsuliyyəti üstümə götürüb, gecə-gündüz demədən çalışdım.

- Nəriman Axundzadə ilə Toral Bayramovun müəllimi olmusuz. Onlar sizin yaddaşınızda necə qalıb? Akademiyada onlardan başqa da potensiallı uşaqlar da var idi? Vardısa, həmin uşaqlardan kimlər sizin yaddaşınızda qalıb?
- Nəriman Axundzadə ilə Toral Bayramovun məşqçisi idim. Akademiyada vəzifədə olduğum müddətdə onlar çox istedadlı, sol ayaqlarını işlədən önəmli oyunçulardan ikisiydi. Bizim hədəfə aldığımız, üst səviyyəli komandalara, milli komandaya vermək üçün yetişdirdiyimiz futbolçulardandılar. Nəriman çox mədəni, sakit, səssiz, sadəcə, işini görməyə çalışan və verilən tapşırığı da ən yaxşı şəkildə yerinə yetirən futbolçumuzdu. Onu akademiyaya tez-tez atası gətirərdi. O da çox hörmətli, dorğu-düzgün bir insan idi. Bu xarakterini də oğluna aşılamış biriydi. Belə övlad yetişdirdikləri üçün təbrik edirəm.
Nərimanın uğurunda da çox önəmli pay sahibidi. Toral Bayramovun isə təəssüf ki, anası, atasıyla bağlı sıxıntıı var idi. Biri rəhmətə getmişdi. Babası onunla daim məşğul olurdu. Toral Nərimanın əksinə, heç də sakit deyildi. Yəni daha çox zarafatcıl, ortalığı şənləndirən, yerində durmayan və ələ-ovuca sığışmayan bir oyunçumuz idi. Sözsüz, istedadı vardı, o da həmin dönəmlərdən etibarən Nərimanla bərabər akademiyadakı potensiallı futbolçulardan idi. Özəlliklə də Toralın zərbələri, oyun anlayışı, ağıl vərdişi çox yüksək idi. Amma dediyim kimi, çox şən idi. Hətta bir dəfə Toralın gülərək məni təqlid etdiyini söylədilər. Mən də onu çağırıb, yenə təqlid etməsini istədim. Həqiqətən də oyun zamanı etdiyim qışqır-bağırı gözəl təqlid etdi. Belə mövzularda o, çox istiqanlı biri idi. Nərimanla arasındakı fərq budu. Akademiyamızda çox yaxşı oyunçular var idi. Onsuz da son dönəmlərdə - klubun maliyyə sıxıntısı yaşadığı zaman əsas komandanın 11 futbolçusundan 8-9-u bizim akademiyadan çıxmışdı. Əslində bizim istədiyimiz də bu idi. Yəni Azərbaycan futboluna töhfə vermək üçün aşağı yaş qruplarında futbolçu yetişdirmək istəyirdik. Eyni zamanda xaricdən gətirilən oyunçuların lazımsız olduğunu düşünürdüm. O qədər lazımsız futbolçu gördüm ki, azərbaycanlı oyunçulardan heç bir üstünlükləri yox idi. Təbii ki, bəzi dəyərli, yaxşı legionerlər də var idi. Onlardan bir neçəsinin təcrübəsindən bizim oyunçuların yararlana bilməsi daha yaxşı idi. Təəssüf ki, klub bağlanınca biz də Türkiyəyə dönmək məcburiyyətində qaldıq. Futbolçularımız da Azərbaycanın başqa klublarına getdi. Həmin oyunçulardan ağlımda kimin qaldığını soruşursuzsa, ilk növbədə Toral və Nəriman var. Sonra “İmişli”də oynayan Xəqani Sadiqov, Ayxan Arazlı, Elnur Cəfərov, “Zirə”nin əvəzedicilərində Murad Ələkbərov, “Araz-Naxçıvan”da Zamiq Əliyev və indi “Qarabağ”ın əvəzedicilərində çıxış edən Musa Musazadə var. Xüsusən də Musa ilə Muraddan çox şey gözləyirdik. Daha sonra “Sabah”ın əvəzedicilərində Vasif Fərəcov var. Bizim bütün alt yaş qruplarında oynamış, çox istedadlı, hər şeyini futbola vermiş, indi isə “Zaqatala”da çıxış edən İbrahim Qədirzadə var. Hikmət Həsənov var idi. İbrahimlə birgə U-17-də forma geyirdi. Bir də biz getməzdən qabaq son dönəmlərdə Həsən Nəzərli var idi. U-10 komandamıza almışdıq. İnanılmaz potensiallı bir oyunçu idi. Orda qala bilmədiyimiz üçün o da Türkiyəyə - “Ankaragücü”nə gəldi. Hələlik ağlımda qalan bunlardı. Amma daha bir sıra yaxşı futbolçularımız var idi.

- Azərbaycan mətbuatında “Qalatasaray”ın Toral Bayramovu transfer etmək istədiyi xəbərləri yer alır. Siz bu mövzuda nə düşünürsünüz? Toral ora gəlsə, potensialını ortaya qoya biləcəkmi?
- Bəli, Türkiyə mətbuatında “Qalatasaray”ın Toralla maraqlandığı haqda xəbərlər çıxdı. Onlar Toralı sol cinah müdafiəçisi, yəni “3 nömrə” kimi transfer etməyi düşünürdülər. Məncə, Toral “Qalatasaray”da həmin mövqedə potensialını ortaya qoya bilməz. Fəqət normal şərtlər altında, yəni 7-11 nömrə arası mövqedə çıxış etdiyi zaman komanda üçün daha effektiv olacağını düşünürəm. Uzaqdan vurduğu zərbələrlə matçın axarını dəyişə biləcək bir futbolçudu. Həm də oyun zəkası çox yüksəkdi. “Qalatasaray”a hansı müddətə uyğunlaşacağını bilmirəm. Amma uyğunlaşandan sonra faydalı ola, orda oynaya biləcəyini düşünürəm. İnşallah, yaxşı xəbərlərini eşidərik.

- “Qarabağ”ın Avropadakı matçlarını izləmə fürsətiniz olurmu? Komandanın sərgilədiyi performansı necə görürsüz?
- Əlbəttə, “Qarabağ” indi Azərbaycanda çox önəmli bir komandadı. Onları və idarəçilərini təbrik edirəm. Orda olduğum vaxt A komandasına Qurban Qurbanovu gətirmişdilər. İsrarla da arxasında durdular. Uğur qazanmaq üçün bir çalışdırıcının baş məşqçi postunda uzun müddət qalması çox önəmlidi. Rəhbərlik Qurban Qurbanova çox dəstək oldu. Hörmətli Qurban müəllim də bu dəstəyin qarşılığında önəmli bir performans nümayiş etdirdi. Bir daha təbrik edirəm. Uzun illərdi bərabərdilər. Bu müddət ərzində nəyin əskik, nəyin lazım olduğunu müəyyənləşdirdilər, sistem oturtdular. İsrarla, səbrlə çalışaraq, eyni zamanda baş məşqçini dəyişmədən bütün sistemi ona uyğun şəkildə qurdular. Oyunlarını izləyirəm və qürur duyuram. Avropanın önəmli komandalarını turnirdən kənarlaşdırdılar. Əvvəllər məğlub olduqları komandalara qarşı da çox yaxşı oyun nümayiş etdirdilər. Çünki komandaya Qurban hocanın gətirdiyi bir sistem var.

- Azərbaycan çempionatının oyunlarını izləmək şansınız olur? Uzun zaman əvvəl burdaydız. O vaxtdan indiyə qədər dəyişikliklər çoxdumu?
- Doğrusu, Azərbaycan çempionatındakı oyunları çox izləyə bilmədim. Amma düşünürəm ki, bizim 2016-cı ildən ayrıldığımız çempionatla indiki arasında fərq çoxdu. Prezident İlham Əliyevin, səhv etmirəmsə, 2005-ci ildə 10 illik Dövlət Proqramı çərçivəsində sağlamış olduğu qatqıyla Azərbaycan klubları həqiqətən də bir yüksəlmə dövründəydi. O vaxt klublar yaratdı. Daha yaxşı ola bilərdimi? Bilmirəm, hər şeyin daha yaxşısı ola bilər. 2016-cı ildə mən Türkiyəyə dönəndən sonra matçları izləyə bildiyim vaxtlarda futbolun tam geri getdiyini gördüm. Dəstək olmasa, təəssüf ki, futbolun yüksəlməsi mümkün deyil. Yəni burda mövzu maddiyyatdı. İndi isə xeyli dəyişiklik olduğunu demək mümkündü. Son vaxtlar bəzi klublar xaric, Azərbaycan çempionatının istənilən səviyyədə olmadığını düşünürəm. Amma bizim olduğumuz dönəmdə çox gözəl oyunlar olurdu, zövqlə izləyirdik. Fəqət son dönəmlər üçün bunu deyə bilmərəm.

- İndi “Xəzər Lənkəran” yoxdu. Bu klub ölkə çempionatına dönsə, yenidən orda çalışmaq istərdiz?
- Əfsuslar olsun ki, “Xəzər Lənkəran” 7-8 ildi Azərbaycan çempionatında yoxdu. Dediyim kimi, Lənkəran camaatının futbola marağı, futbolla yatıb-oyanmaları... Hətta belə deyim, ora gəldiyim ilk dönəmdə oyundan bir neçə saat əvvəl tribunalar doldu və kənarda da xeyli tamaşaçı var idi. Təbii ki, normalda Türkiyədə də belədi. Yanılmırsam, bir dəfə işimlə bağlı “İnter” - “Neftçi” matçını izləmək üçün Bakıya getmişdim. Nəticədə bir derbidi. Tribunaya baxdığımda isə cəmi 600-700 tamaşaçı var idi. Doğrusu, belə komandaların görüşündə bu qədər tərəfdarı görmək məni təəccübləndirdi. Daha sonra başa düşdüm ki, “Qarabağ” Avropadakı uğurlarından dolayı tribunaları doldurdu. Amma Lənkəran təmsilçisinin inanılmaz tərəfdarı var idi. Həmişə də tribunaları doldururdular. Xalqın sevgisi inanılmaz idi. Azərbaycanı, Lənkəranı, cənub bölgəsini həqiqətən çox sevdim. Həyatımda çox önəmli yeri və xatirələri var. İndi Azərbaycandan, xüsusilə də “Xəzər Lənkəran”dan mənə təklif olarsa, sevə-sevə, heç düşünmədən qəbul edərəm.

- “Xəzər Lənkəran”da olduğunuz müddətdə hansı baş məşqçilərlə çalışdız və sizə görə ən uğurlusu kim idi?
- Ora ilk gəldiyimdə klubun başında Mirça Rednik var idi. Daha sonra Con Benjamin Toşak, Mustafa Dənizli, Oğuz Çətin geldi. Arada Cüneyt Biçər də var idi. Həmin vaxt aşağı yaş qruplarında əlaqələndiricilik edərkən köməkçi məşqçi funksiyasını da yerinə yetirdim. Toşak iki Avropa kuboku olan, “Real”a Avropa çempionluğunu qazandıran biri, Mustafa Dənizli Türkiyə futbolunun yüksəlməsinə çox kömək edən biri, Oğuz Çətin də çox önəmli bir çalışdırıcımız olmasına rəğmən, məncə, Mirça Rednik daha uğurlu idi. Çünki tərəfdarın nə istədiyini, eyni zamanda futbolçularla necə davranmaq lazım olduğunu çox yaxşı bilirdi. Sadəcə, sahə içindəki komanda qurmasından çox insanlarla əlaqəsi çox yaxşıydı. Rednik çox yaxşı çalışdırıcı idi. Fəqət son dönəmlərdəki oyunuyla ilk gəldiyi dönəmdəki oyunu arasında fərq var idi. Dənizli və ya Çətin də uzun müddət qala bilsəydi, onların da çox uğurlu olacağına inanırdım.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

20-10-2022, 12:0

"Xəzər Lənkəran 42"nin rəhbəri bəlli oldu

Aktual

23-03-2022, 21:0

“Xan Lənkəran”ın prezidenti Mübariz Mənsimovu təbrik etdi

Aktual / Manşet

18-10-2022, 16:0

Mais Mənsimov “Xəzər Lənkəran”ı fərqli adla bərpa edib

Aktual
“Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
Son xəbərlər
  • Bu gün, 17:28
    "Qəbələ" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Bu gün, 16:59
    “Transfer pəncərələri”nin vaxtı məlum oldu
  • Bu gün, 16:28
    Premyer-liqada yeni mövsüm nə vaxt başlayacaq?
  • Bu gün, 15:57
    Moldovada 11 medallıq zəfər
  • Bu gün, 15:26
    “Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
  • Bu gün, 14:55
    “Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
  • Bu gün, 14:34
    "Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
  • Bu gün, 14:13
    Bakıda gənc futbolçular üçün seçim turniri keçiriləcək
  • Bu gün, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Bu gün, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Bu gün, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Bu gün, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Bu gün, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Bu gün, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Bu gün, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Bu gün, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Bu gün, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Bu gün, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 244
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 222
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 189
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə