Bundan öncə belə halla rastlaşmadığımıza görə bizə təəccüblü gəldi. Daha ətraflı məlumat almaq üçün “dənizçilər”in baş məşqçisi Şahin Diniyevlə danışdıq:
“Ümumiyyətlə, həmin oyunçulardan dördü - Zeynəddin Abdurrahmanov, Taleh Qarayev, Emin Rüstəmov və Nicat Mehbalıyev daim əsas komandayla təlim-məşq prosesində iştirak edir. Hər həftə 3, 4, hətta 5 futbolçunu əsas komanda ilə məşqlərə cəlb edirik ki, daha da inkişaf etsinlər və komandanın oyundan sonrakı təlim-bərpa məşqlərini izləsinlər. Oyunu izləmələrində də əsas məqsəd çempionat oyunlarındakı həmin ab-havanı hiss etmələridi”.
KAMAL SƏFƏR

