• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Təəssüf ki, bunu əldə edə bilmədik”

Premyer-liqa

10-03-2024, 23:0

Misli premyer-liqasının 26-cı turunda “Qarabağ” “Zirə”ni məğlub edib - 3:1.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Oyun pis getmirdi. Qola kimi hər şey planlaşdırdığımız kimi gedirdi. Müdafiədən çıxanda top itkisindən sonra rəqib ilk hissənin son dəqiqələrində fərqləndi. Bundan başqa təhlükəli qol epizodları yox idi. Bizim isə bir epizodumuz var idi. Rəhim Sadıxov qapıya zərbə əvəzinə ötürmə verdi. İkinci hissədə daha açıq oyun oldu. Hesabı bərabərləşdirmək üçün yaxşı fürsətlərimiz var idi. Təəssüflər olsun ki, son fazada ötürmələr, zərbələr alınmadı. Ümumən futbolçuların apardığı mübarizədən, oyun planından narazılığım yoxdu. Turnir cədvəli elədi ki, hər oyunda xal qazanmaq lazımdı. Bu gün yaxşı oyundan daha önəmli olan nəticədi. Təəssüf ki, bunu əldə edə bilmədik. Qarşıda bizi "Kəpəz"ə qarşı çox vacib oyun gözləyir”.


- Düşünmək olar ki, "Zirə" bundan sonra əsas diqqəti kuboka yönəldəcək?

- Turnir cədvəli hələ ki, yalnız kuboku düşünmək üçün şərait yaratmır. Önümüzdəki komanda ilə aramızda 1 xal fərq var. Növbəti tur bizim üçün olduqca vacibdi.

- Komandalar arasında xal fərqi çox azdı. Bu, komandalara təsir edir?

- Təbii ki. Həm psixoloji olaraq basqı altında saxlayır, həm də əlavə istəklə oynamağa vadar edir. Hər komandanın avrokuboklara vəsiqə qazanmaq imkanı var. Oyunların daha da gərgin keçməsi bununla bağlıdır. 26 turdan sonra "Qarabağ"dan başqa digər komandaların maksimum 10 qələbəsi var. Ümumiyyətlə çempionatda qələbə qazanmaq çox çətindir. Bu periodda oyununu qoruyub saxlayan, daha soyuqqanlı olan komanda daha uğurlu nəticə əldə edəcək. Çoxsaylı itkilərimiz var. Hücum xəttində oynatmağa oyunçumuz yoxdu.

- Sezar Meza Kolli qol vurdu. Onun komandaya faydası nə qədər olacaq?

- Əslində bu gün onun oynamağını planlaşdırmırdıq. Sadəcə olaraq oyun elə getdi ki, düşündük 15-20 dəqiqə ondan istifadə edək. Bir az riskli idi. Amma onun meydana girişi özünü doğrultdu. Meza Kollinin vaxta ehtiyacı var. Düşünürəm ki, qısa müddət ərzində öz formasını bərpa edər.

- “Zirə"nin fəxri prezidenti Orxan Məmmədovun AFFA prezidentliyinə namizəd olacağı gözlənilir. Sizin bu barədə fikirləriniz necədi?

- Mən o səlahiyyətdə insan deyiləm ki, AFFA prezidentliyini müzakirə edim. Mən məşqçiyəm. Oyunumuz, komandam haqda danışıram. Azərbaycan futboluna uğurlar arzulayıram, yeni prezidentimiz xeyirli olsun. Mənim bildiyim qədərilə Orxan Məmmədov namizədliyini irəli sürməyib və sürməyəcək.

- "Qarabağ" ölkə kubokunu qazansa, premyer-liqada 2-ci yeri tutan komanda Avropa Liqasına vəsiqə qazanacaq. Sizin hədəfiniz 2-ci yerdi, yoxsa 3-4-cü yerlər də qane edəcək?

- Gedişata baxacağıq. Bugünkü durumumuzda ən azı Konfrans Liqasına vəsiqə qazanmaq istəyirik. Amma hər komanda Avropa Liqasında oynamaq istəyər. Çünki, orda məğlub olacağını təqdirdə Konfrans Liqasına düşürsən. Hər şey gedişatdan asılıdı. Məsələn "Turan Tovuz"la oyunda qələbəyə köklənmişdik. Amma o qədər hadisələr baş verdi ki, 1 xalla ayrıldıq. Təbii ki, 13 turdan sonra 2-ci yeri istəyirdik. Amma bu gün turnir cədvəli elədir ki, 3-cü yer də, 4-cü yer də yaxşı sayılacaq.

- “Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov mətbuat konfransında bildirib ki, hakimlər haqda danışan komandara simpatiya var. Siz bu fikirlə razısınız?

- Düşünmürəm ki, Azər Bağırov bizi nəzərdə tutub. Ad çəkilibsə, mənim fikir bildirməyim doğru olar. Bizim oyunlarda baş verən hakim səhvlərini hamı bilir. Bu da özünü turnir cədvəlində büruzə verir. Siz simpatiya hiss edirsiz? Mən bilmirəm. Keçən oyunda 40-cı dəqiqədən azlıqda qaldıq. Bu gün də qapımıza penalti var. Hələ simpatiya hiss etməmişik. Heç bunu istəmirik də. Bizə azarkeşlərin simpatiyası lazımdır. Hakimlərin kiməsə simpatiyası olmağa ixtiyarı yoxdur. İstəmirəm ki, əvvəlki səhvlərə görə bu gün mənim xeyrimə səhvlər olsun. Ədalətli hakimlik olsun.

- “Qarabağ"ın "Bayer"lə cavab oyunu haqda nə düşünürsünüz?

- Şans hər zaman var. Təbii ki, rəqib güclüdü. Hamımız istəyirik ki, "Qarabağ" mərhələni keçsin. Mən inanıram ki, "Qarabağ" mərhələni keçəcək. Qurban Qurbanova, komandaya baxdıqda o inam gəlir. Türkiyə, Rusiya klubu olsa, deyərdim ki, şansları yoxdu. İnanıram ki, "Qarabağ" həmin gün ən uğurlu oyununu keçirib hamımızı sevindirəcək.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

4-02-2024, 21:0

“Gözlənilməz qol buraxdıq”

Premyer-liqa / Manşet

22-05-2023, 21:0

"Təəssüflər olsun ki, qalib gələ bilmədik"

Premyer-liqa

18-09-2022, 23:0

"Bu gün “Qarabağ” qarşısıalınmaz idi" - Rəşad Sadıqov

Premyer-liqa / Manşet

8-10-2023, 21:0

“Vaxt uzatmaq kimi taktiki gedişim yoxdu”

Ölkə futbolu

27-09-2023, 10:0

Misli premyer-liqasında rəqiblərə dominantlıq edən klublar - SİYAHI

Premyer-liqa / Manşet

25-02-2024, 19:0

"Bu gün daha dəqiq oynadıq"

Aktual
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
"Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
"Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
Son xəbərlər
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
  • Dünən, 14:56
    "Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
  • Dünən, 14:43
    “Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
  • Dünən, 14:01
    “Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
  • Dünən, 13:46
    "Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
  • Dünən, 13:24
    AFFA prezidenti komandalarımıza uğurlar arzuladı
  • Dünən, 13:05
    Qritseviçlə Jitari təcrübəsiz, Hüytiya təcrübəlidi...
  • Dünən, 12:53
    “Sabah” püşkatmada üçüncü səbətdə yer alacaq
  • Dünən, 12:39
    “Xankəndi” üç futbolçusu ilə vidalaşdı
  • Dünən, 12:08
    Amin Ramazanov "Sabah"da
  • Dünən, 12:00
    “Sabah”a böyük ümidlərlə
  • Dünən, 11:52
    “Sabah” – “Nyu Seynts” matçına neçə bilet satılıb? – hələ minlərlə boş yer var!
  • Dünən, 11:35
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 11:14
    “Azərbaycan adını eşidən elə ölkələr var ki...” - səfər oyunlarının yayını sual altındadı
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 203
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə