• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Miodraq Bojoviçlə Azər Bağırov hakimlərə atmaca atdı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

10-03-2024, 16:0

18 sarı, 2 qırmızı vərəqə, 4 penalti, meydandan məğlubiyyətlə ayrılan Miodraq Bojoviçlə Azər Bağırovun idarəçiliklə bağlı fərqli xarakterli narazılıqları – 25-ci turda hakimliyin ümumi mənzərəsi belədi.

Təbii ki, kimlərsə adı çəkilən məşqçilərin məğlubiyyətə görə belə danışdığını iddia edə bilər. Ancaq Bojoviçin Yankoviçin Mahmudova qarşı kobudluğu haqda “Qəbələ” – “Qarabağ” oyununa baxmısızsa, orda da eyni epizod baş verdi, lakin “qırmızı-qaralar”ın oyunçusu “qırmızı” aldı” deməsi, Bağırovun “kimlər ki mövsümün əvvəlində hakimliklə bağlı çox danışdı, bu gün onlara simpatiya var” ifadəsi müvaviq orqanları düşündürməlidi.

Sabah - Araz-Naxçıvan, KAMAL UMUDLU
Masazırda "Sabah"ın futbolçuları daha çox qayda pozuntusuyla yadda qaldı. Düzdü, o qədər kobudluq yox idi, lakin bu, onların intizamlı çıxış etdiyi mənasına gəlmir. "Araz-Naxçıvan" isə əksinə, qorxaq oyunla diqqəti çəkdi. Hakim "bayquşlar"ın yox, məhz "qırmızı-ağlar"ın epizodlarına daha çox müdaxilə edirdi. Hadisələrin belə axarı Azər Bağırovun da gözündən yayınmadı, hakimdən narazılıq edib "sarı" aldı. Letiç, Kadiri və Kuzmanoviçin cəzalarına gəlincə, Umudlu haqlı idi. Amma ilk dəqiqələrdən aqressiv oyuna icazə verilirsə, futbolçuların tempə uyğunlaşması və ən azı hakimin müdaxilə etmədiyi epizodları rahatlıqla təkrarlaması qaçılmazdı. Belə şəraitdə komandaları balanslı cəzalandırmağa ədalət təmsilçisinin ya diqqəti, ya da təcrübəsi çatmadı.

Neftçi – Qarabağ, ELÇİN MƏSİYEV
Turun yükü Məsiyevin çiyinlərində idi. O, ya karyerasının ən uğurlu çıxışlarından birini edəcək, ya da futbol ictimaiyyətinin tənqidiylə üzləşəcəkdi. Məsiyev elə ilk dəqiqələrdə büdrədi. Bilmədi ki, Emin Mahmudovun az qala ayağını sındıran Yankoviçə “sarı” göstərsin, yoxsa “qırmızı”. Əslində VAR məcbur etməsə, sarı vərəqə də göstərməyəcəkdi. Ümumiyyətlə, hakim oyunboyu “Qarabağ” futbolçularına müəyyən güzəştlərlə yadda qaldısa, “Neftçi”yə münasibətdə amansız oldu. Demirik ki, “ağ-qaralar” haqsız cəzalandı. Sadəcə, hər iki tərəfin istəkli və aqressiv oyuna üstünlkü verdiyini nəzərə almalı, meydan sahbilərinin müəyyən qayda pozuntularını anlayışla qarşılamalıydı. “Köhlən atlar”a münasibətdə olduğu kimi...

Zirə - Turan Tovuz, RƏVAN HƏMZƏZADƏ
Zirədə maraqlı və gərgin qarşılaşmaya şahidlik etdik. Artıq 10-cu dəqiqədə hesab açıldı. Pusi qonaqları önə keçirdi. Oyunun baş hakimi qolu qeydə alsa da, təxminən 6-7 dəqiqə VAR yoxlaması baş tutdu. Lakin Həmzəzadə fikrindən daşınmadı və doğru olan qərarı verdi. 43-cü dəqiqədə isə “Zirə” azlıqda qaldı. İssa Cibrila birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı. O, İsmayıl Zülfüqarlını aşkar qol vəziyyətindən məhrum etdiyi üçün meydandan qovuldu. Təbii ki, qərarın tam haqlı olduğunu vurğulamaq lazımdı. 59-cu dəqiqədə Şəhriyar Əliyev Dmitrios Çantakiasın üzünə dirsək zərbəsi endirdi. Lakin epizod referinin gözündən yayındı. O, yalnız VAR-ın müdaxiləsindən sonra videotəkrara baxıb, “nöqtə”ni göstərdi. VAR olmasaydı, böyük ehtimalla meydan sahiblərinin penaltisi verilməyəcəkdi. Həmin epizodu çıxmaqla, hakimin mövqe seçimi və qərarları doğru idi. Həmzəzadə oyunun axarına nəzarəti əlində saxlamağı bacardı.

Sumqayıt – Kəpəz, ƏLİYAR AĞAYEV
Turun ilk qarşılaşmasını Əliyar Ağayev və onun hakimlər briqadası idarə etdi. Təcrübəli FİFA referisinə laysmanlar Zeynal Zeynalov, Akif Əmirəli və dördüncü hakim qismində Tural Qurbanov yardım göstərdi. Oyunda qaranlıq qalan hansısa epizod olmadı. Bu üzdən Ağayevin matçı idarə etməsində heç bir problem yaşanmadı. Hər iki komandanın baş məşqçisinin oyunsonrası mətbuat kofransında hakimliklə bağlı narazılığının şahidi olmadıq.

Qəbələ - Səbail, RAUF CABBAROV
Baş hakimin qərarsızlığı diqqəti çəkdi. Belə ki, Afrikonun Nunoya qarşı kobudluğu zamanı Rauf Cabbarov matçı saxlamadı. Sonradan futbolçunun yerdən qalxa bilmədiyini gördü. Məhz bundan sonra VAR-a baxaraq kobudluq edən oyunçunu qırmızı vərəqəylə cəzalandırdı. Epizod barədə ziddiyyətli fikirlər olsa da, düzgün qərar olduğunu demək mümkündü. Yan xətt hakimlərindən biri də gözünün önündə topun Ramalinqomun qoluna toxunmasına baxmayaraq, qarşılaşmanı dayandırmadı. Bu da öz növbəsində oyunu tribunadan izləyən azarkeşlərin qəzəbinə səbəb oldu. Başqa hansısa epizod barədə danışmaq çətindi. Ona görə də qeyd etdiyimiz məqamları çıxmaq şərtiylə oyundakı hakim idarəçiliyinin qənaətbəxş səviyyədə olduğunu deyə bilərik.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

15-02-2024, 19:0

“Neftçi” meydanda görünmədi, Bojoviç etiraf etdi – REPORTAJ

Ölkə futbolu

17-07-2023, 15:0

"Araz-Naxçıvan" baş məşqçisi ilə müqaviləni uzatdı

Premyer-liqa / Manşet

2-03-2024, 21:0

"Sağ olsun, hakimlər də yaramızın üstünə "duz tökdü" - Azər Bağırov

Ölkə futbolu / Manşet

1-05-2022, 18:0

“Araz Naxçıvan” Türkiyədə ikinci oyununa çıxdı - AÇIQLAMA

1-ci liqa / Manşet

10-11-2022, 12:0

Azər Bağırov “Araz-Naxçıvan”ın ilk məğlubiyyətinin səbəbini açıqladı

1-ci liqa

17-06-2022, 23:0

“Araz-Naxçıvan”nın qarşısına qoyduğu məqsəd böyükdü" - Azər Bağırov

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə