“Turan Tovuz”dan hədiyyə kompaniyası

10.03.2024 14:50 197
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 26-cı turu davam edir.

“Football-plus.az” xəbər verir ki, “Turan Tovuz” “Araz-Naxçıvan”ı qəbul edəcək. Oyun öncəsi tovuzlular maraqlı kompaniya keçirir. Belə ki, qərblilər bilet alan azarkeşlər arasında lotoreya keçirir. Biletin üzərində yerləşən seriya nömrələri ilə təsadüfi seçilən şəxs qalib hesab olunacaq. Qaliblərə 4 mükafat nəzərdə tutulub. Bunlar isidici, mikser, tozsoran və tosterdi.

Qeyd edək ki, qarşılaşma 15.30-da başlayacaq.

İSMAYIL XEYRULLAYEV