• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bilmirəm bu qələbəni bəxtə bağlamaq olar, ya yox”

Premyer-liqa / Manşet

8-03-2024, 23:0

Misli premyer-liqasının 26-cı turunda “Səbail” “Sumqayıt” qəbul edib - 0:1.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra qonaqların çalışdırıcısı Samir Abasovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Futbolçularımı təbrik edirəm, əzmkar qələbə idi. Bilmirəm bu qələbəni bəxtə bağlamaq olar, ya yox. Oyun başlayanda epzidolarımız var idi. İkinci yarıda rəqibin təzyiqini gözləyirdik. Futbolçularıma, azarkeşlərimizə təşəkkür edirəm. Uduzduğumuz oyundan sonra oyunun üzərində çox dayanmağı xoşlamıram. Həmişə rəqibi təbrik edirəm. "Kəpəz"lə oyunda üzərində çox dayanacaq səhvlərimiz də yox idi. Həmin matçdan cəmi 3 epizodu kəsib uşaqlara göstərmişdim. Pis deyildi, problemlərimizi bilirəm. "Turan Tovuz"la görüşdə də qələbə qazana bilməməyimizin səbəbini bilirəm. Sadəcə bunu açıqlaya bilmərəm. Rəqiblərə material vermiş olaram. Amma özüm bilirəm. O da komandanın içində baş verən problem deyil. Ehtiyat skamya çox güclü olmalıdır. Problem sırf bunda idi. "Səbail"ə uduzsaydıq, böyük problem olmayacaqdı. Uduzsaydıq, ondan yaxşı tərəfini çıxarardım. Çünki yeni yaradılan komandanın onurğasını qurmaq istəyirəm".


- Masaki Murataya oyundan sonra hansı epizodu izah edirdiz?
- Oyuna baş məşqçi tapşırıqları ilə çıxırsan. Futbolçunu inkişaf etdirən məqam, rəqib təzyiq göstərəndə, orada verdiyi qərarlardı. Rahat olan vaxtı edirsənsə, təzyiq olanda niyə etmirsən? Bir-iki məsələni ona başa salırdım. Bir az əsəbi formada idi. Bir-iki oyunda sakit başala salırsan, birində də belə etmək lazımdı. Futbolda normal şeylərdi.

- Vüqar Mustafayevin durumu nə yerdədi?
- Xeyr, hazır deyil. O, komanda ilə yavaş-yavaş məşq edir. 4-5 məşq edib, amma onlarda da Vüqarı qorumağa çalışmışıq. Hələ ona xeyli vaxt lazımdı.

- Şahin Diniyev "Sumqayıt"ın vaxtı uzatması ilə bağlı narazılıq edirdi. Hətta ilk yarıda bununla bağlı sizə səsləndi...
- Onu eşitmədim. Şahin müəllim nə desə, mənim üçün qəbuldu. Futbolçular udmaq üçün belə edirsə, onları da qınaya bilmərəm. Amma futbolçulara sırf nəyisə demirik ki. Məsələn, Mehdi Cənətov topu çıxarmağa belə gedirsə, yemək yeməyə də eyni cür gedir. Bu onun təbiətidi. Şahin Diniyev deyirsə, görübsə, üzrlü hesab etsin.

- Futbolçularınız son nöqtəni qoymaqda çətinlik çəkirlər. Bu nə ilə bağlıdı?
- Səbəblər müxtəlifdi. Həmin vəziyyətdə onlar nə hiss edirlər... Mənim üçün nəsə demək çətindi. Məşqlərdə belə olmur. Məşqlərdə vəziyyət köhnə millimiz kimidi. Rahat oynayıb, udurduq. Nə deyim. Həmin epizodlardan 1-2-ni də vursaydıq, mən də rahat oturardım yerimdə.

- İkinci yeri tutub avrokuboklara getsəniz, komandanın özəyini qura biləcəksiz?
- Bu, bir il içərisində olan proses deyil. Bu qədər legionerimiz var və hamısı yüksək səviyyədədi, deyə bilmərik. Seçilirlər, yerlilər gəlir, digərləri gəlir. Bir komandanın formalaşması üçün uzun müddət lazımdı. Xaricdə baş məşqçilərlə müqavilə imzalayanda 3-4 illik imzalayırlar və deyir ki, 4 ildən sonra bunları edə bilərəm. Biz bunu öyrənməliyik. Bu il nə oldu ki, çıxaq avrokuboklara orda qruplara düşək? Bu gün "Səbail" təzyiq etdi, öz oyunumuzdan çıxdıq. Bu qədər təzyiqləri nə qədər yaşamalıyıq ki, mən də baş məşqçi kimi sezməliyəm ki, hansı futbolçu belə durumda özünü rahat hiss edəcəklər. Ondan sonra komanda belə-belə formalaşmalıdı. Hər uduzduğumuz oyundan nəticə çıxaracağıq. Udduğumuz oyun da bizə xoş motivasiya olacaq.

- "Sumqayıt"da qalaraq Qurban Qurbanovun "Qarabağ"da etdiyinini ən azından 1/3-ni etmək fikriniz var?
- O da yalnış düşüncədi. Çünki tək baş məşqçiyə aid olmayan məsələdi. Mən bayaq onurğadan danışdım. Bu gün "Sumqayıt"ın futbolçuları digər pullu komandalar üçün yemdi. Yaxşı mənada. Əgər mən istədiyim oyunçunu saxlaya bilməyəcəmsə, hansı onurğadan söhbət gedə bilər? Əfsuslar olsun, üzücü məqam odur ki, hər şeyi baş məşqçi etməlidir. Mən tək olaraq bu işi bacarmaram. Nəinki mən, heç kim bacarmaz. Azərbaycanda bizim üçün "Qarabağ" örnəkdir. Digər ölkələrdə də belə örnək var. Amma uzağa getmək lazım deyil, "Qarabağ" bizim üçün əsl örnəkdi. Lakin tək etmək olmur. Klub da tək prezidentdən asılı olan məsələ deyil. Ən ideal şərait "Sumqayıt"dadı, bunu etmək olar.

- Son vaxtlar indiki və əvvəlki millidən hansının güclü olması müzakirə edilir. Maraqlıdı, siz necə düşünürsüz?
- Bu söhbət uzanar, gərək burada çox oturaq. Bu məsələ ilə bağlı sizə şəxsən müsahibə verə bilərəm. Kiminlə oturub danışmışam, indiki millidəkilərin hamısı məndən yaxşı futbolçulardı. İndiki ordakı dayaq yarımmüdafiəçiləri bizim vaxtı oynaya bilərdilər? Bu artıq sualdı. O qədər qaçmaq, o qədər mübarizə aparmaq. Belə suallar var. Ən yaxşı qapıçı Kamran Ağayevi, sağ müdafiəçi Mahir Şükürov, mərkəz müdafiəçisi Rəşad Sadıqovu deyirlər. Mənim üçün ən güclü dayaq yarımmüdafiəçisi Emin Quliyev olub. Zaur Ramazanov, Zaur Tağızadə, Mahmud Qurbanov, Samir Əliyev kimi futbolçularımız var. Belə baxırsan, ən çoxu bizim futbolçu nəslindən seçilir. Bilmirəm necə və nə ilə indikini müqayisə edirik? Bizə o vaxtı aşılanan o vaxtı deyirdiz e, "qorxaq futbol". O vaxtları biz ömür boyu müdafiədə oturmalıydıq. Berti Foqtsdan əvvəl də elə idi. Az qol buraxırdıq və o bizim üçün artıq nəticə idi. Biz də futbolçular olaraq köklənirdik ki, nə badə bizə qol vursunlar. İllər keçdi, internet dövrüdür, gördük ki, biz də oynaya bilərik. Heç kim inciməsin, özümü çıxıram, mənim dövrümdə olan və bayaq adını çəkdiyim futbolçular indiki millidə "top" səviyyədə olardılar. İndiklər bu ruhla bizim millidə olardılar, bu da sualdı.

- Renat Dadaşov, yoxsa Vaqif Cavadov?
- Branimir Subaşiç, Samir Əliyev, Zaur Ramazanov, Vaqif Cavadov, Fərrux İsmayılov ondan sonra Renat Dadaşov.

- AFFA-dakı seçkilərdən sonra futbolumuzda inkişaf olacağını düşünürsüz?
- Uğursuz gedən komandaya yeni baş məşqçi gətirirsənsə, orada həmən nəsə sezilir. Təbii ki, yaxşılığa doğru. Rəhbərlik və oyunçular da canlanır. Burada da 100 faiz nələrsə olacaq. Sizi nə qədər qane edəcək, bunu zaman göstərəcək.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

22-05-2023, 18:0

“Qarşımıza qoyulan məqsədə çatdıq”

Premyer-liqa / Manşet

31-01-2024, 23:0

"Neftçi"nin üçüncü qolu məni üzdü"

Premyer-liqa

4-05-2022, 22:0

"Cavan futbolçularımı təbrik edirəm" - Samir Abbasov

Premyer-liqa / Manşet

31-03-2023, 18:0

“Yaxşı oyunla qələbə qazandıq”

Premyer-liqa / Manşet

13-02-2024, 19:0

“Zirə səfərində bir xal pis nəticə deyil”

Premyer-liqa / Manşet

3-03-2023, 19:0

"Oyunçularımı təbrik edirəm"

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə