Avrokuboklarda 1/8 final mərhələsinin ilk oyunlarından sonra UEFA əmsallar cədvəlini yenilənib.
"Football-plus.az" xəbər verir ki, Avropa Liqasının 1/8 mərhələsində Bakıda "Bayer-04"lə heç-heçə (2:2) edən "Qarabağ" Azərbaycanın hesabına daha 0,250 xal yazdırıb.
Azərbaycanın mövsümdəki əmsalı 5,875-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı isə 20,125-ə bərabərdi.
20,375 əmsala sahib Bolqarıstan 26-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, reytinq siyahısına 101,553 xalla İngiltərə başçılıq edir.