Tuxel barmağını zədələyib

7.03.2024 17:30 185
Dünya futbolu
Tomas Tuxel Çempionlar Liqasının “Latsio” ilə cavab oyununa zədəli halda gəlib.

Bu vəziyyətə isə özü özünü salıb.

Necə? “Bavariya”nın çalışdırıcısı komandasını 1/8 finalın həlledici matçına motivə edərkən ayaq bayramığını zədələyib. Alman mütəxəssis 3:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında belə açıqlama verib:

“Oyundan əvvəl motivəedici nitq söyləyərkən özümdən asılı olmadan ayağımla divarın küncünə zərbə endirdim və bu, pis qərar idi...”