''Fənərbaxça'' KL-in neçənci favoritidi?

5.03.2024 22:30 208
Dünya futbolu / Manşet
Bu həftə Avropa Liqası və Konfrans Liqasında 1/8 finalın ilk oyunları baş tutacaq.

Bu arada Konfrans Liqasında çempionluq əmsalları növbəti dəfə yenilənib. Avropada yoluna davam edən yeganə Türkiyə təmsilçisi ''Fənərbaxça'' bu turnirin 4-cü favoritidi. İstanbul nəhənginin çempionluğuna 8,8 əmsal verilir. Əsas favorit isə ''Aston Villa''dı. Premyer-liqa təmsilçisinin çempionluğuna 3,1 əmsal verilir. ''Fiorentina'' 4,8 əmsalla ikinci, ''Lill'' 6,2 əmsalla 3-cü pillədə qərarlaşıb. ''Fənər''in bu mərhələdəki rəqibi olan Belçika təmsilçisi ''Union'' isə 16 əmsalla 7-ci pillədədi.

ƏLİ