• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” xal fərqini 23-ə çatdırdı: çempionatı bitirmək olar! – TURUN ŞƏRHİ

Premyer-liqa

5-03-2024, 20:0

Misli premyer-liqasının 25-ci turu əsasən qonaqlar üçün düşərli oldu.

Meydan sahibi komandalardan yalnız “Sabah” qalib gəldi, “Zirə” heç-heçəyə nail oldu. Məhsuldarlıq da yetərincə yüksək idi.

İlk oyunda “Sumqayıt” “Kəpəz”i qəbul etdi. Adil Şükürovun yetirmələri bu sınaqdan üzüağ çıxaraq, elitada qalmaq şansını daha da artırdı. Samir Abasov isə məğlubiyyətin səbəbini tapa bilmədi, gah nala vurdu, gah da mıxa. Belə ki, mütəxəssis oyundan sonra həm heyət kasadlığından, həm də tamaşaçı azlığından şikayətləndi. Heyətlə bağlı problemlər bəllidi, amma bunun azlığından şikayətləndiyiniz azarkeşə dəxli yoxdu. Heyətin kasadlığına dair sualları siz cavablamalısız, bir də rəhbərlik.

“Zirə” - “Turan Tovuz” oyununu publika üçün maraqlı edən bir neçə nüans var. Bunlardan biri hər iki komandanın baş məşqçisinin oxşar nöqtələrinin olmasıdı. Belə ki, həm Rəşad Sadıqov, həm də Ayxan Abbasov ölkə çempionatında hakim idarəçiliyindən ən çox gileylənən çalışdırıcılardandı, bir-birinə qarşı taktiki savaç açmağı xoşlayırlar. Sadəcə, hakim səhvləri təkcə bu iki komandanın oyununda baş vermir axı. Nə isə... Matçdan sonra fikrini bölüşən mütəxəssislərin nəticədən razı qaldığı görünür. Heç biri hakimlərlə bağlı danışmadı. Həm Sadıqov, həm də Abbasov bu nəticəni zədəlilərlə əlaqələndirdi. “Qartallar”ın baş məşqçisini anlamaq olar. Bir oyunda iki futbolçusu zədələndi, hətta bu azmış kimi, Cibrilanın da qırmızı vərəqə alaraq komandanı azlıqda qoydu. Fəqət “bozqurd”un rəqibin problemlərindən yararlana bilməməsi 1 xal qazanılmasından daha çox 2 xalın itirilməsi deməkdi. “Turan Tovuz” qələbə sayəsində avrokuboklara vəsiqəyə iddialılar sırasına yaxınlaşacaqdı.

“Sabah” – “Araz-Naxçıvan” matçından sonra hakimlik müzakirəyə çıxarıldı. Adətən, hakimlər barədə danışmağı xoşlamayan Ruslan Qafitullin və həmişə “gənc hakimlərə dəstək olmaq lazımdı” deyən Azər Bağırov bu dəfə narazılıqlarını dilə gətirdilər. Sırf nəticəyə gəlincə, xorvat məşqçinin təyinatı ilə bağlı xəbərlər “Sabah”ın yerlilərdən ibarət məşqçilər korpusunun qanını qaraltmadı. Komanda 2:0 ilə yuxarı addımları.

“Qəbələ” – “Səbail” matçına meydan sahibləri yaxşı başlasa da, davamı gəlmədi. Əslində komanda yeni baş məşqçi Kaxaber Sxadadzenin gəlişindən sonra keçirdiyi ikinci oyunda heç də pis təsir bağışlamadı. Əksinə, həmişəkindən daha effektiv “qırmızı-qaralar” görürdük. Sxadadze komandanın oyun üslubunu dəyişsə də, görünən budu ki, futbolçularının düşüncəsini dəyişə bilməyib. Belə ki, “Qəbələ”nin qırmızı vərəqə sindromu bu oyunda da özünü göstərdi. İlk yarı başa çatmamış Afriko qovuldu ki, Sxadadze də bunu oyunçunun qeyri-peşəkarlığıyla əlaqələndirdi. Eyni zamanda ehtiyat oyunçular skamyasındakı futbolçularının performansından razı olmadığını bildirdi. Şahin Diniyev isə rəqibin səhvini bağışlamadı. Ənənəyə uyğun olaraq 2-ci yarıda fəallaşan “Səbail” geridönüş sayəsində bu turdan ən qazanclı çıxan komanda oldu. “Dənizçilər” artıq 2-ci pillədədi.

“Neftçi” – “Qarabağ” oyununun meydan sahibləri üçün əhəmiyyəti böyük idi. Çünki “Sumqayıt”ın məğlubiyyətindən sonra “ağ-qaralar” 2-ci pilləyə yüksəlmək şansı qazanmışdı. Azarkeşlərin tribunaları doldurması da xoş mənzərə idi. Miodraq Bojoviçin oyunsonrası mətbuat konfransında komandasının “köhlən atlar”ı təzyiq altında saxlaması ilə bağlı dedikləri hardasa doğrudu. Sadəcə, təzyiq altında saxlamağa görə heç bir komandaya xal və ya qələbə vermirlər. Gerçəklik burdu ki, “Qarabağ” indi ən yaxın izləyicindən 23 xal irəlidədi və artıq 3-cü dövrənin sonunda 11-ci çempionluğu bayram edə bilər.

Misli premyer-liqası
3-cü dövrə, 25-ci tur
1 mart
Sumqayıt – Kəpəz 1:3
2 mart
Zirə - Turan Tovuz 1:1
Sabah – Araz-Naxçıvan 2:0
3 mart
Qəbələ - Səbail 2:3
Neftçi – Qarabağ 1:4
1. Qarabağ 25 19 3 3 65-21 60
2. Səbail 25 10 7 8 39-37 37
3. Neftçi 25 10 6 9 28-26 36
4. Sumqayıt 25 9 9 7 24-30 36
5. Zirə 25 9 9 7 18-14 36
6. Sabah 25 9 7 9 35-30 34
7. Turan Tovuz 25 8 8 9 38-35 32
8. Araz-Naxçıvan 25 8 7 10 26-33 31
9. Kəpəz 25 7 5 13 25-42 26
10. Qəbələ 25 4 3 18 18-48 15
Bombardirlər: Olavio Juninyo (Qarabağ) – 15, Aleksandr Ramalinqom (Səbail) – 11, Orxan Əliyev (Araz-Naxçıvan), Yassin Benzya (Qarabağ) – 9.

Növbəti turun proqramı
8 mart, 19.00. Səbail – Sumqayıt
9 mart, 15.00. Kəpəz – Neftçi
9 mart, 17.30. Sabah – Qəbələ
10 mart, 15.30. Turan Tovuz – Araz-Naxçıvan
10 mart, 18.00. Qarabağ – Zirə

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

5-12-2023, 23:0

“Qarabağ” fərqi artırdı, “Turan Tovuz”un qələbə həsrəti dörd oyuna çatdı – TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

7-11-2022, 16:0

Samir Abasov siftə etdi, Ayxan Abbasov azarkeşlərə mesaj göndərdi - TURUN ŞƏRHİ

Premyer-liqa / Reportaj

24-05-2023, 18:0

“Sumqayıt” rəsmiləşdirdi, iki suala aydınlıq gəlmədi – TURUN ŞƏRHİ – TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

1-09-2023, 20:0

“Turan Tovuz” “Sabah”ı məğlub etdi - YENİLƏNİB

Premyer-liqa / Manşet

11-11-2023, 21:0

"Sumqayıt" və "Sabah" səfərdə qalib gəldi - YENİLƏNİB

Premyer-liqa

19-06-2023, 12:0

“Qarabağ”la “Sabah”dan üstünlük

Aktual
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Son xəbərlər
  • Bu gün, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Bu gün, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Bu gün, 18:00
    Şimali Amerikaya yollandı
  • Bu gün, 17:32
    Fransada klubunu dəyişəcək
  • Bu gün, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Bu gün, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Bu gün, 15:27
    Doğma klubuna qayıtdı
  • Bu gün, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Bu gün, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Bu gün, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Bu gün, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Bu gün, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
Daha çox
Oxunub: 269
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 200
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 102
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 99
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə