Andres İnyesta uğurlarla cəngin olan karyerasında daha bir zirvəni fəth edib. O, peşəkar futbolçu həyatında 1000-ci oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, İspaniya yığmasının sabiq yarımmüdafiəçisi buna BƏƏ çempionatının “Acman” ilə oyununda nail olub. Onun formasını daşıdığı “Emireyts” səfərdə 0:2 hesabı ilə məğlub oub. 39 yaşlı İnyesta indiyədək “Barselona”nın B komandasında 49, əsas komandasında 674, “Vissel Kobe”də (Yaponiya) 134, “Emireyts”də 12, milli komandada isə 131 oyun keçirib. Andresin İspaniya yığması ilə AÇ-2008 və AÇ-2012-in, həmçinin DÇ-2010-un qalibi olduğunu da qeyd edək.