Andres İnyestanın bundan sonra da Asiyada oynayacağı məlum idi.
"Football-plus.az" xəbər verir ki, artıq onun yeni klubuna keçidi rəsmiləşib. İspaniya millisinin sabiq oyunçusu “Emirates”lə müqavliəni rəsmiləşdirib. 39 yaşlı yarımmüdafiəçinin Birləşmiş Ərəb Əmirlikləri klubu ilə bağladığı müqavilənin müddəti birillikdi.
İnyestanın sonuncu klubu “Vissel Kobe” olub. O, 2018-ci ildən çıxış etdiyi Yaponiya klubundan iyun ayında ayrılmışdı.