• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Toraldan bir il sonra Nərimanı “Qarabağ”a apardıq” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

3-03-2024, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

“Xəzər Lənkəran” artıq tarixin yaddaşına qovuşsa da, klubun yetirmələri bu gün də sözünü deməyi bacarır. Xüsusən də Toral Bayramovla Nəriman Axundzadə “Qarabağ”ın heyətində parlaq çıxışı ilə seçilir. Nəriman “Braqa” ilə cavab oyununda vurduğu vacib qolla hər kəsin ürəyini fəth etdi, bir andaca qəhrəmana çevrildi.

“Toraldan bir il sonra Nərimanı “Qarabağ”a apardıq” - LAYİHƏ


Bir müddət əvvəl lənkəranlı futbol mütəxəssisi Ağadadaş Həmidovla söhbətimizdə Nərimanla Toralın necə yetişməsi, futbola ilk addımlarını atmasıyla bağlı məqamlara da toxunmuşduq. Həmin yazıdan bir məqamı birlikdə xatırlayaq: “Hazırda “Qarabağ”da çıxış edən Toral Bayramov, Nəriman Axundzadə bizim yetirmələmizdi. “Zirə”də, “Sabah”da çıxış edən yetirmələrimiz də var. Röyal və Xəyal Abbasov qardaşları hazırda Lənkəranda uşaq futbolu sahəsində çalışırlar. Onlara Lənkəranda “əkizlər” deyirlər. Yaxşı da nailiyyətləri var. “Xəzər Lənkəran”ın ən aşağı yaş qrupunda onlar işləyirdilər. Adını qeyd etdiyim Toral Bayramovu, Nəriman Axundzadəni də onlar kəşf ediblər. Aşağıdan gələn istedadları Röyal və Xəyal qardaşları tapıb, üzə çıxırıblar”. Nərimanın “Braqa”ya vurduğu qoldan sonra biz də Röyal və Xəyal Abbasov qardaşlarıyla söhbətləşməyə qərar verdik. Suallarımızı onlara ünvanladıq, Xəyal Abbasovdan cavab aldıq.



- Xəyal müəllim, əvvəlcə istərdim oxucularımıza özünüz haqda məlumat verəsiz. Siz və qardaşınız Röyal müəllim futbola necə başladız? İlk addımlarınızı necə atdız?
- Futbola hamı kimi biz də uşaq vaxtı məhlədən gəlmişik. Həmyaşıdlarımızla həyətdə futbol oynayırdıq. Yaşadığımız ev çoxmərtəbəli binada yerləşirdi. Qonşumuz bizə yaxınlaşdı, dedi ki, futbolla məşğul olmaq istəyirsizə, sizi məşqlərə yazdırım. Beləcə biz də məşqlərə başladıq. Uşaq və gənclərin idman-şahmat məktəbində futbol bölməsinə yazıldıq. İlk müəllimiz Əlihüseyn müəllim oldu. İndi haqq dünyasındadı, Allah ona rəhmət eləsin. Futbolun sirlərini öyrənməyimizdə, bu oyunu sevməyimizdə onun böyük rolu olub.



- Bəs məşqçi olmağa necə qərar verdiz? İstərdim ki, həm bu barədə danışaq, həm də bugünkü fəaliyyətinizdən.
- Məşqçi olmağımıza isə Sakin Məmmədzadə yardımçı oldu. Hamınız onu tanıyırsız, Cənub Futbol Federasiyasının prezidentidi, bizim zonada 7 rayon üzrə futbola o rəhbərlik edir. 22 yaşımız olardı, ilk dəfə Sakin müəllim bizə yaxınlaşdı və məşqçi olmağı təklif etdi. Biz “Xəzər Lənkəran”ın aşağı yaş qruplarının hamısında oynamışıq, bir də əvəzedici komandanın formasını geymişik. Ondan sonra “Zirvə” klubundan “Xəzər Lənkəran”a keçdik, orda məşqçilik etməyə başladıq. Bir də U-16 millisinə futbolçu seçmək üçün seleksiyaçı kimi İlqar müəllimə kömək etmişik. Onda Nəriman çox kiçik idi, amma Toral Bayramov həmin komandada oynayıb. Daha sonra “Qarabağ”da da seleksiyaçı məşqçi kimi çalışmışıq. Həm bizim zonadakı uşaqların yetişməsində, həm də bizim məşqçi kimi formalaşmağımızda İlhan Akgülün də böyük xidmətləri olub. İlhan bəy bizdə uşaq akademiyasının rəhbəri idi.



- Məşqləri harda keçirsiz, hansı yaş qrupları var? AFFA-nın keçirdiyi çempionatlara qatılırsızmı? Bu işdə kim sizə dəstək verir?
- Hazırda bizim beş komandamız var. “Xan Lənkəran” və UGİŞM-nin komandasıdı. Hamısı da AFFA-nın keçirdiyi çempionatlara qatılır. Bu işdə bizə “Xan Lənkəran” klubunun prezidenti Pərviz Hüseynov və UGİŞM-nin rəhbərliyi dəstək olur. U-9, U-10, U-12, U-13 və U-14 komandalarımız AFFA-nın keçirdiyi müvafiq çempionatlarda iştirak edirlər. AFFA-nın cənub zonası üzrə “elit məşq” layihəsində də məşqçi kimi işləyirik. AFFA bizim üçün Olimpiya Kompleksinin meydançasını icarəyə götürüb, məşqlərimizi orda keçirik.



- Nəriman Axundzadə və Toral Bayramov barədə danışaq. Onları necə xatırlayırsız?
- Toral Bayramov ilk dəfə futbola “Xəzər Lənkəran”ın aşağı yaş qruplarında bizim komandamızda başlayıb. 11 yaşlılarda oynayırdı. Bir müddət AFFA-nın “elit futbol” layihəsində də məşq etdi. Toral da, Nəriman da ilk gündən istedadıyla seçilirdi. Başqalarından çox fərqlənirdilər. Toral özündən iki yaş böyüklərlə məşq edirdi, üç yaş qrupunun məşqlərinə qatılırdı. Düzdü, hər oyuna salmırdıq, amma böyüklərlə məşq etdirirdik. Toral bu günlərə çox çətinliklərlə gəlib. 2-3 yaşı olanda anası dünyasını dəyişib. 13 yaşı olanda bizim komandada çıxış edərkən atası da rəhmətə getdi. Maddi vəziyyəti çox pis edi. “Xəzər Lənkəran” rəhbərliyindən xahiş etdik ki, ona müəyyən qədər maddi kömək ayrılsın, zəruri ehtiyaclarını ödəyə bilsin. Toralı biz üç ay özümüzlə saxlamışdıq. Çalışırdıq ki, darıxmasın, təklik hiss etməsin. Əsas komandanın oyunlarına onu topdaşıyan göndərirdik, əsas heyətin futbolçuları ilə birlikdə hovuza aparırdıq ki, orda əylənsin. Bacardığımız qədər ona hörmət göstərmişik. Seleksiyaçı kimi də onu “Qarabağ”a biz apardıq. Nəriman da onun kimi hamıdan fərqlənirdi. U-13 liqasında 2002-ci il təvvəllüdlülərin final oyununda Nəriman çıxış edirdi. Baxmayaraq ki, özü 2004-cü il təvəllüdlüdü. Final oyunu “Neftçi” ilə “Xəzər Lənkəran” arasında keçirilidi. Bizim komandanın kapitanı rəhmətlik Şirxan idi. Baxmayaraq ki, 3:1 hesabıyla məğlub olduq, amma belə istedadları üzə çıxarırdıq. Nəriman da U-10 komandasından üzüyuxarı “Xəzər Lənkəran”da çıxış edib. Toraldan bir il sonra onu “Qarabağ”a apardıq. Nərimanın da yetişməsində, püxtələşməsində “Qarabağ”ın akademiyasındakı müəllimlərin də zəhməti böyükdü.



- Toralla Nərimanın “Qarabağ”dakı çıxışını izləyərkən hansı hissləri keçirirsiz?
- Bir azərbaycanlı və lənkəranlı kimi onların oyununu böyük sevinc hissi ilə izləyirik. Nərimanın son qolu bizi çox qürurlandırırdı, ailəsi ilə yanaşı, bizim qədər sevinən ikinci adam yoxdu. Çünki Nəriman məşqlərimizdə böyüyən uşaqdı. Gələcəyə gəlincə, həm Nərimanın, həm də Toralın böyük potensialları var. Hər ikisi gəncdi, çox istərdik ki, gələcəkdə ölkəmizdən xaricdə karyeralarını davam etdirsinlər. Bütün Azərbaycanı tanınmış klubların heyətində çıxış etmələri ilə, öz oyunları ilə sevindirsinlər.

- Hazırda çalışdırdığınız uşaqların arasında gələcəyi parlaq olan istedadlar varmı?
- Futbolla maraqlanan, məşqlərə qatılan uşaqların sayı çoxdu. Onların arasında istedadlar da yetərincədi. İnanıram ki, bu istedadlar gələcəkdə parlayacaq, öz zəhmətlərinin və məşqçilərin çəkdiyi zəhmətin qarşılığını aparıcı klublarda oynamaqla, əsas millimizə qədər yüksəlməklə verəcəklər.

- “Xəzər Lənkəran” haqda düşüncələriniz necədi? Klubun Azərbaycan futboluna qayıtması bizə nə qazandırar?
- “Xəzər Lənkəran” çox böyük klub idi. Bizim zonada yaşayan insanlar futbolu çox sevirlər, onlar “Xəzər Lənkəran”la nəfəs alırlar. Biz də istərdik ki, “Xəzər Lənkəran” fəaliyyətini bərpa etsin, çempionata qatılsın, iddialı komanda kimi Azərbaycan futbolunu avrokuboklarda təmsil etsin. Əminəm ki, “Xəzər Lənkəran” Azərbaycan futboluna çox şey qazandırar. Siz də görmüsüz ki, “Xəzər Lənkəran”ın sayəsində futbola maraq necə artmışdı. Azarkeşlər də stadionun tribunalarını tam doldururdu. “Xəzər Lənkəran” yenidən dirçəlsə, tribunalarda da canlanma yaşanar.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Layihə / Manşet

31-12-2023, 23:0

Ağadadaş Həmidov: “Toral Bayramov, Nəriman Axundzadə bizim yetirməmizdi” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

17-12-2023, 23:0

“Xəzər Lənkəran”ın sabiq rəsmisi: “Ölkənin ən böyük tribunası futbolsuz qalıbsa...” - LAYİHƏ

Premyer-liqa / Manşet

24-11-2023, 21:0

“Qarabağ” “Sabah”ı məğlub etdi - YENİLƏNİB

Yığma / Manşet

7-09-2023, 19:0

Samir Əliyevlə Nəriman Axundzadə arasında nə baş verib?

İdman / Layihə / Manşet

11-02-2024, 23:0

Alı Ağayev: “Uşaqları pis vərdişlərdən qorumaqda idmanın rolu əvəzsizdi” – LAYİHƏ

Ölkə futbolu / Manşet

2-11-2022, 16:0

Qurban Qurbanov bu futbolçunun “Şamaxı”ya keçidinə icazə verməyib - ÖZƏL

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 252
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə