"Qarabağ" - "Həkken" oyununun biletləri satışda

28.11.2023 13:51 263
Avropa Liqası
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda evdə İsveçin "Həkken" klubuna qarşı keçirəcəyi oyununun biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, qiymətlər müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlardakı biletlərin qiyməti isə 250 manatdı.

Biletləri t.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun və Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündür. ”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq "Qarabağ" - "Həkken" görüşü saat 21.45-də başlayacaq.