Türkiyədə birinci liqanın 25-ci turunun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, millimizin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor” doğma meydanda “Altay”la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Coşqun 63-cü dəqiqədə meydana daxil olub. Hazırda "Ümraniyespor" 30 xalla 12-ci pillədə qərarlaşıb.