WBC versiyası üzrə sabiq müvəqqəti dünya çempionu Rayan Qarsiya (24-1) övladlarından ən azı birinin peşəkar döyüşçü olacağını bildirib:
“Neçə uşağım var? Üç. Və mən 20 uşaq istəyirəm! Ancaq bunun həyat yoldaşımın xoşuna gələcəyinə əmin deyiləm. Corc Formanın 12 uşağı olub. Ata olmaq xoşuma gəlir. Oğlum Henri döyüşçü olacaq, cəmi 10 həftəlikdi, indidən vəhşidi”.
Rayan Qarsiya və Devin Heyni (31-0) aprelin 20-də Las-Veqasda superyüngül çəkidə WBC titulu uğrunda döyüşəcək.