"Hitlerin gücünü görməyə hazır olmalıdılar" - almanlar püşkü dəyərləndirir

26.02.2024 11:50 675
Manşet / Avropa Liqası
Dünən Avropa Liqasının 1/8 final cütləri müəyyənləşdi. Püşkatma zamanı bəlli oldu ki, "Qarabağ"ın növbəti rəqibi "Bayer-04"dü. Almaniya təmsilçisi bununla bağlı rəsmi “feysbuk” hesabında paylaşım edib.

Öncə həmin fotonu diqqətinizə çatdırırıq:

"Hitlerin gücünü görməyə hazır olmalıdılar" - almanlar püşkü dəyərləndirir


Bundesliqa liderinin rəqibinin "Qarabağ" olması azarkeşləri tərəfindən maraqla qarşılanıb. "Football-plus.az" almaniyalı futbolsevərlərin diqqətçəkən rəylərini təqdim edir:

"Qarabağ" matça çox ciddi hazırlaşmalıdı. Çünki Xabi Alonso rəqiblərinə möhkəm zərbə endirir"

"Ehtiyatlı olmalıyıq, "Qarabağ" çox inadkar komandadı"

"Qarabağ" mübarizə aparmağı sevir. Oyunlardan zövq alacağımıza əminəm. 1/4 finala vəsiqə isə bizimdi"

"Qarabağ"ı qrup mərhələsində iki dəfə məğlub etmişik. İndi fərqli nəsə olmayacaq. Kaş ki, rəqib "Liverpul" olaydı..."

"Qarabağ" "Reyncers"lə qarşılaşsaydı, daha çox irəliləyə bilərdi. Çünki mübarizliyi sayəsində 1/4 finala layiq idi. Təəssüf ki, onun üçün macəra bitdi"

"Asan qələbə..."

"Möhtəşəm! Hitlerin gücünü görməyə hazır olmalıdılar"

"Vəsiqəni bizə verin. Oynamağa nə gərək var? Eh, bu reqlamentlər..."

"Qarabağ" eyni rəqibə 4 dəfə məğlub olacaq. Futbol ədalətsizdi"

"Bəli, ilk oyun çox çətin olacaq. "Qarabağ" Azərbaycanda çox güclü olur. Amma tələsməyin. Onlar evimizə gələcək"

"UEFA-dan xahiş edirik ki, birbaşa 1/4 finala vəsiqəmizi versin"

KƏNAN BAHADIR