“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya “Bayer-04”ü tarixi rekorda imza atıb.
“Football-plus.az” xəbər verir ki, Leverkuzen təmsilçisi ilk dəfə ardıcıl 10 oyunda qələbə qazanmaqla öz rekordunu yeniləyib.
Bunun 6-sı Bundesliqa, 3-ü Avropa Liqası, 1-i isə Almaniya Kuboku matçına təsadüf edib. Xabi Alonsonun yetirmələri son məğlubiyyətini 2022/23 mövsümünün axırıncı turunda “Boxum”dan (0:3) alıblar.
Qeyd edək ki, “Bayer-04” hazırda Bundesliqada 28 xalla, Avropa Liqasının qrupunda isə 9 xalla liderlik edir. Leverkuzenlilər növbəti görüşü noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”a qarşı keçirəcək.