“Araz-Naxçıvan”ın futbolçusu premyer-liqada 100-cü oyununu keçirib

26.02.2024 11:29 161
Ölkə futbolu
“Araz-Naxçıvan”ın futbolçusu Turan Manafov premyer-liqada 100-cü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, 26 yaşlı müdafiəçinin yubiley matçı Misli premyer-liqasının 24-cü turuna təsadüf edib.

Cinah oyunçusu “Zirə” ilə ev görüşündə (0:3) “100”ə çatıb. Debütü 2018/19 mövsümünə təsadüf edən futbolçunun ilk komandası “Sumqayıt” olub.

Qeyd edək ki, Turan Manafov “gənclik şəhəri” təmsilçisində 1, “Səbail”də 75 (3 qol), “Araz-Naxçıvan”da 24 oyun (3 qol) keçirib.