Misli premyer-liqasının 8-ci turu “Araz-Naxçıvan” üçün əlamətdar olub.
"Football-plus.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisi ölkə çempionatının yüksək dəstəsində 50-ci matçını keçirib.
Bu, “Zirə” ilə ev qarşılaşmasına təsadüf edib. Minimal hesabla (1:0) qələbə qazanan meydan sahibləri yubileydə 3 xala seviniblər.
2000/01 və 2001/02 mövsümlərində də elitada çıxış edən “Araz-Naxçıvan” çempionatda 3-cü dəfə mübarizə aparır. 2014/15 mövsümündə premyer-liqada yarışa başlayan komanda mübarizəni erkən dayandırdığı üçün həmin nəticələr ləğv edilib.
50 qarşılaşmada 14 qələbə və 9 heç-heçəsi olan naxçıvanlılar 27 dəfə uduzublar. Komandanın debütü isə 2000-ci il avqustun 5-də gerçəkləşib. “Qarabağ”ın qonağı olan “Araz-Naxçıvan” səfərdən xalsız ayrılıb – 0:1.