"Qarabağ"ın rəqibindən növbəti qələbə

24.02.2024 10:00 189
Avropa Liqası
"Qarabağ"ın Avropa Liqasının 1/8 finalındakı rəqibi "Bayer-04" Bundesliqada 23-cü tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Leverkuze təmsilçisi "Maynt"sı qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Bayer-04" bu mövsüm uduzmadığı ardıcıl matçların sayını 33-ə çatdırıb.

Qeyd edək ki, Leverkuzen təmsilçisi 61 xalla (26 oyun) 1-ci pillədə qərarlaşıb. "Bavariya" 50 xalla (25 oyun) 2-ci, "Ştutqart" 46 xalla (22 oyun) 3-cüdü.