Messidən “Barselona”ya xüsusi hədiyyə

23.02.2024 11:34 190
Dünya futbolu
Lionel Messi sıralarındakı parlaq çıxışı ilə məşhurluq qazandığı “Barselona”ya çox bağlıymış.

Bunu sabiq klubuna xüsusi hədiyyə etməklə sübut edib.

Hazırda “İnter Mayami”də oynayan argentinalı futbol ulduzu ötən ilin oktyabrında qazandığı 8-ci “Qızıl top”unu “Barselona”nın muzeyinə bağışlayıb. İspaniya mənbələrinin məlumatına görə, Messi son mükafatını “Barselona”nın oyunçusu kimi qazanmasa da, fərdi qəniməti əvvəlki 7 “Qızıl top”un saxlanıldığı muzeyə vermək qərarına gəlib. DÇ-2022-nin qalibi 8-ci mükafata PSJ-nin oyunçusu kimi çıxış etdiyi 2022/23 mövsümünün nəticələrinə əsasən layiq bilinmişdi.

Messinin “Barselona”da 2003-2021-ci illərdə çıxış etdiyini də xatırladaq.