Almaniyadan İngiltərəyə qayıdacaq

8.01.2024 10:52 190
Dünya futbolu
Timo Verner yenidən İngiltərədə çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, “Çelsi”nin sabiq oyunçusu bundan sonra da premyer-liqada oynayacaq.

“The Athletic” qəzetinin xəbərinə görə, “Leyptsiq”in hücumçusu tezliklə “Tottenhem”ə keçəcək. Almaniya millisinin üzvü London klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

Verner 2020-ci ildə “Leyptsiq”dən “Çelsi”yə transfer olunub. Paytaxt klubunda ümidləri doğrulda bilməyən futbolçu 2022-ci ildə “Leyptsiq”ə qayıdıb.