Qurban Qurbanovun yeni "hədəf"i: Azər Məmmədov, Murad Musayev, indi də Artur Jorje!

20.02.2024 14:30 726
Manşet / Avropa Liqası
"Səbail"in Misli premyer-liqasının 21-ci turunda evdə "Qarabağ"a məğlub olduğu (1:2) matçı xatırlayırsız.

Həmin oyundan sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Şahin Diniyevin bu sözləri diqqət çəkmişdi: "Qurban Qurbanovdan soruşdum ki, bu gün məni də istefaya göndərəcəksən?"

Mütəxəssisin fikirlərində həqiqət var. Çünki "Kəpəz"in və "Sabah"ın sabiq baş məşqçiləri Azər Məmmədovla Murad Musayev məhz "Qarabağ"a 1:7 hesabıyla məğlub olandan sonra istefa vermişdi.

Ağdamlılar cümə axşamı Avropa Liqasının pley-offunda "Braqa"nı qəbul edəcək. Matç Portuqaliya təmsilçisinin baş məşqçisi Artur Jorje üçün böyük sınaq olacaq. Belə ki, "silah ustaları"nın azarkeşləri komanda turnirdə mübarizəsini dayandıracağı təqdirdə çalışdırıcının istefasını tələb edir. Onlar "Qarabağ"a mümkün məğlubiyyəti alçaldıcı hesab edir və bu baş versə, vəziyyətlə barışmaq niyyətində deyillər. Həmçinin klub prezidenti Antonio Salvadorun da belə düşündüyü haqda məlumat var. Funksionerin artıq komandanı və məşqçilər korpusunu tənbeh etdiyini xəbər vermişik.

Qısası, Qurban Qurbanovun komandası rəqibi mübarizədən kənarlaşdırsa, daha bir baş məşqçisinin istefasına səbəb ola bilər. Lap yaxşı! Artur Jorje Azər Məmmədovdan, Murad Musayevdən artıqdı ki?!

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul