Kərim Benzema bir müddət əvvəl məhkəmədə qaldırdığı iddiaya cavab alıb. Onun şikayəti rədd edilib.
"Football-plus.az" xəbər verir ki, “Əl-İttihad”ın hücumçusu Fransanın daxili işlər nazirindən şikayət etmişdi. O, ötən ilin oktyabrında Yaxın Şərqdəki münaqişə ilə bağlı sosial şəbəkə hesabında “nə qadınlara, nə də uşaqlara rəhm edən bombardımanların qurbanına çevrilən Qəzza sakinləri üçün dua edirik” yazmışdı. Fransanın daxili işlər naziri Jerald Darmanen buna sərt şəkildə reaksiya vermiş, Benzemanın “Müsəlman qardaşları” təşkilatı ilə əlaqəsinin olduğunu bildirmişdi. Kərim bu fikrin onun şərəf və imicinə zərbə vurduğunu əsas gətirərək naziri məhkəməyə vermişdi.
Lakin məhkəmə Fransa yığmasının sabiq hücumçusunun belə düşünməsi üçün ciddi əsasın olmadığı qənaətinə gəlib. Hakim Darmanenin açıqlaması ilə futbolçunun şərəf və imicinə zərbə vurmadığını bəyan edib. Kərimin məhkəmənin qərarından şikayət etmək hüququ olmayacaq.