Benzema məhkəməyə şikayət edə bilər

23.10.2023 22:15 200
Dünya futbolu
Jerald Darmanenin açıqlaması Kərim Benzemanı özündən çıxarıb.

"Football-plus.az" xəbər verir ki, “Əl-İttihad”ın hücumçusu Fransanın daxili işlər nazirini məhkəməyə verə bilər.

“Le Parisien” qəzetinin xəbərinə görə, bu barədə Əlcəzair əsilli fransalı hücumçunun vəkili Hyuq Vijye məlumat verib. O, futbolçunun terror təşkilatı ilə əlaqəsi ilə bağlı sözlərinə görə nazirdən məhkəməyə şikayət etməyi düşündüklərini bildirib:
“Biz, məsələn, hökumətimiz üçün çox dəyərli olan informasiyanın manipulyasiyası haqqında və böhtan və ya hətta ictimai təhqir haqqında qanunu rəhbər tutaraq bu naziri məhkəməyə vermək imkanını nəzərdən keçiririk. Benzemanın heç bir terror təşkilatı ilə əlaqəsi yoxdu”.


Benzema bundan əvvəl İsraillə hərbi münaqişə fonunda Fələstin xalqına dəstəyini ifadə etmişdi.