“Cənab Kərim Benzema “Müsəlman qardaşlar” təşkilatı ilə bədnam əlaqələrə malikdi”.
Nazirin bu şok açıqlaması, heç şübhəsiz, Benzemanın oktyabrın 15-də sosial şəbəkədə Fələstinin xeyrinə çıxış etməsi ilə bağlıdı. Həmin paylaşımdan sonra fransalı jurnalist Daniel Riolo, İsrail yığmasının sabiq qapıçısı və “Malyorka”nın əfsanəsi Dudu Avat və bir çox başqaları ulduz futbolçunu kəskin şəkildə tənqid edib.




