• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Benzema naziri niyə məhkəməyə verdi?

Dünya futbolu

22-01-2024, 22:0

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Fransanın daxili işlər naziri Jerald Darmaneni böhtana görə məhkəməyə verib. Bütün ölkənin diqqətini cəlb edən bu iddianı şərtləndirən hadisələrin ardıcıllığına baxaq.

"Football-plus.az" xəbər verir ki, bildiyiniz kimi, oktyabrın 7-də HƏMAS hərəkatı Qəzza sektorundan İsrailə hücum etdi. İsrail ordusu isə cavab addımı kimi ərazini blokadaya aldı, əvvəlcə bombardman etdi, ardından yerüstü əməliyyata başladı. 100 gündən artıqdı davam edən müharibə zamanı Qəzza zolağında ölənlərin sayı 24 mini ötüb.

Bu münaqişədə Fələstini dəstəkləyənlər sırasında bir çox dünyaca məşhur adam var. “Real”ın sabiq forvardı, 2022-ci ildə “Qızıl top” alan Benzema da belələrindəndi.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun şərəfini qoruyan 35 yaşlı fransalı oktyabrın 15-də sosial şəbəkədə bunları yazmışdı: “Növbəti dəfə nə qadınlara, nə də uşaqlara aman verən bu ədalətsiz bombardmanın qurbanı olan Qəzza əhalisi üçün dua edirik”.

Kərim dərhal tənqid atəşinə tutuldu. Məsələn, fransalı jurnalist Daniel Riolo belə yazdı: “O, açıq-aşkar tərəflərdən birini seçdi. Benzemanın mesajının yüksək dərəcədə siyasi xarakter daşımasını məhz bunda görürəm. Onun mesajı belə səslənir: “Respublika və Fransa dəyərlərinə tüpürmək belə istəmirəm. Mən tərəfi seçdim, odu ki, mənim tərəfimdəki dinc sakinlər başqa tərəfdəki dinc sakinlərdən daha vacibdi”. Bu münaqişədə Kərimin tərəfi bəllidi. HƏMAS terrorçularının qurbanları haqda bir kəlmə də demədi”.

Bir qədər sonra İsrail yığmasının sabiq qapıçısı, “Malyorka”nın əfsanəsu Dudu Avat sosial şəbəkədə Kərimə qısa cavab yazdı: “Sən əsl ... oğlusan”. 45 yaşlı qapıçı bunu beş dildə - ivrit, fransız, ərəb, ingilis, ispan – yazdı. Ardından növbə Avropa Parlamentinə çatdı, orda fransalı deputat Nadin Morano dilləndi: “Kərim bu sözləri yazmaqla HƏMAS təbliğatının agenti oldu, ona görə ki, HƏMAS yalnız İsrailin fiziki məhvi strategiyasına yox, İsraili beynəlxalq ictimai rəy vasitəsi ilə də darmadağın etməyə köklənib”.

Fransanın yüksək rütbəli rəsmiləri də Benzemaya görə özündən çıxdı. Daxili işlər naziri Jerald Darmanen futbolçunu terrorçularla əlaqədə suçladı: “Hamımız bilirik ki, cənab Kərim Benzemanın “Müsəlman qardaşlar” hərəkatı ilə bədnam əlaqələri var”.

Bildiyinz kimi, dünyanın bir çox ölkəsi adı çəkilən hərəkatı terrorçuluqda, silahlı cihadda, muzdluları ələ almaqda suçlayır. Xristian dünyası hərəkatın məqsədi kimi “bütün qeyri-müsəlman hökumətlərin devrilməsini, Böyük İslam Xəlifətinin yaradılmasını” göstərir.

Amma nazirin məlum ifadəsi hər kəsi şoka saldı. O “hamı” kimdi, Benzemanın qadağan olunan hərəkatla əlaqələri haqda nə bilirlər – bu suallar cavabsız qaldı. Kərim dindar müsəlmadı, Ramazanda oruc tutur, özünün etirafına görə, “Əl-İttihad”a ona görə keçib ki, həmişə islam ölkəsində yaşamağı arzulayıb. Ancaq Kərimin adı indiyə qədər heç bir dini zəmində qalmaqalda hallanmayıb. Nazir özü şəxsən Benzemaya yönəltdiyi ittihamla bağlı açıqlama verməsə də, onun ətrafında olan adamlar “RMC Sport” bu iddia ilə bağlı açıqlama veriblər: “Son bir neçə il ərzində Kərim Benzemanın mövqeyində sərt, ciddi islama tərəf kiçik dreyf müşahidə edirik. O cümlədən cəmiyyətin müxtəlif sferalarında, konkret idmanda islam normalarının yayılması ilə bağlı”.
Nazirin ətrafı bir neçə xarakterik elementi də vurğulayıb: Fransa yığmasının oyunçuları ilə birgə dövlət himnini oxumaqdan imtina, sosial şəbəkələrdə müsəlman ibadəti ətrafında prozelitizm, qalmaqala səbəb olan İmam Mo ilə foto, həmçinin rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədovun Fransa mediasında Məhəmməd Peyğəmbərin karikaturası dərc olunandan sonra səsləndirdiyi nifrət çağırışlarına dəstək. Nazirin ətrafı belə hesab edir ki, bu əlamətlər böyük auditoriyaya malik idmançının birmənalı olmayan siqnallarıdı.

Həmin vaxt fransalı senator Valeri Buaye də qəribə təkliflə çıxış etdi: “Daxili işlər nazirinin iddia etdiyi kimi, Kərim “Müsəlman qardaşlar” ilə bağlıdısa, sanksiya tələb edirəm. İlkin və rəmzi addım onun “Qızıl top”dan məhrum olunması ola bilər. Nəhayət, vətəndaşlıqdan çıxarılmasını tələb etməliyik. İkili vətəndaşlığa malik (Benzemanın Əlcəzair pasportu da var – red.) dünyaca məşhur fransalının ölkəmizi bu şəkildə rüsvay və hətta ona xəyanət etməsi ilə barışa bilmərik”.

...Benzema belə sərt ittihamlardan sonra məhkəməyə üz tutmaqda bəlkə də haqlıdı. Nəticənin necə olacağını da görəcəyik.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-01-2024, 23:0

Benzema naziri məhkəməyə verdi

Dünya futbolu

20-10-2023, 17:0

Nazirdən şok açıqlama: Benzema terrorçularla əlbirdi!

Dünya futbolu

23-10-2023, 22:0

Benzema məhkəməyə şikayət edə bilər

Dünya futbolu

15-01-2024, 16:0

Benzema niyə cəzalanıb?

Dünya futbolu

3-01-2024, 12:0

Benzema Səudiyyə Ərəbistanından ayrılır?

Dünya futbolu

24-08-2023, 22:0

Benzema Səudiyyə Ərəbistanında problem yaşayır

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • 7-08-2026, 20:0
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Daha çox
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 86
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə