Lüis Hemiltonun “Mersedes”dən “Ferrari”yə gözlənilməz keçidi az qala hər gün bir xəbərlə müşayiət olunur.
İtaliya komandasının rəhbəri Frederik Vasser də bu mövzuya toxunub:
“Hemiltonun gəlişi “Ferrari” üçün geniş imkanlar açır. Onun irəli doğru həlledici addım atmaqda bizə yardım edəcəyinə əminik. Ancaq Hemiltonun gəlişi bizi 2024-cü il üçün hədəflərimizdən yayındırmamalıdı. Qarşıdakı mövsümə tam köklənməliyik. Məhz bu səbəbdən keçidi erkən elan etmək istədik ki, sonradan sakit şəraitdə çalışaq”.
Vasser komandanın pilotu Karlos Saynsın 2024-cü il mövsümündə hər şeyə barmaqarası yanaşacağı ehtimalıyla bağlı suala da cavab verib: “Xeyr, mən belə düşünmürəm. Karlos son yarışın sonuncu döngəsinə qədər bizə tam sadiq olacaq. Və komanda da o ana qədər Karlosa tam dəstək verəcək”.