Zubir həftənin ən yaxşısı adına namizəddi

16.02.2024 11:34 184
Avropa Liqası
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, onların arasında "Qarabağ"ın oyunçusu Abdullah Zubir də var. 32 yaşlı yarımmüdafiəçi Portuqaliya "Braqa"sına qarşı səfər matçında 2 qol vurub və 1 qolun ötürməsini edib.

Digər namizədlər isə "Milan"dan Ruben Loftus-Çik, "Qalatasaray"dan Mauro İkardi və "Benfika"dan Anhel Di Mariyadı.

Qalib UEFA-nın saytındakı səsvermənin nəticəsində müəyyənləşəcək.