Millimiz FİFA reytinqində irəlilədi

15.02.2024 13:50 196
Yığma
FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, yığmamız bir pilləyə irəliləyərək 113-cü sırada qərarlaşıb.

Yığmanın 1174.22 xalı var.

Komandanın Millətlər Liqasındakı rəqiblərindən İsveç (1531,13) 26-cı, Slovakiya (1465,73) 48-ci, Estoniya (1148,76) 123-cüdü.

Siyahıya son dünya çempionu Argentina (1855.2) başçılıq edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800,05) üçüncüdü.