Tayson Holidildlə görüşdü, qulaq yada düşdü

13.02.2024 19:28 190
İdman
Amerikalı boksçu Mayk Tayson 1997-ci ildə qulağının bir hissəsini dişlədiyi həmvətəni Evander Holifildlə görüşüb.

“Football-plus.az” xəbər verir ki, 57 yaşlı Tayson Holifildlə olan şəklini sosial şəbəkədə bölüşüb: “Dişləmə olayının olduğu döyüşdən bəri uzun yol qət etmişik”.

Xatırladaq ki, Tayson 1997-ci ildə keçirilən döyüş zamanı Holifildin qulağının bir hissəsini qoparmış və rinqə atmışdı. Onda boksçu bu hərəkətə görə 3 milyon dollar cərimələndi, Nevada ştatının Atletika komissiyası isə onun boksçu lisenziyasını geri çağırdı və yalnız iki ildən sonra qaytardı.