“Sumqayıt”la Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçı çərçivəsində keçirilən qarşılaşmada zədələnən "Neftçi"nin futbolçusu Andre Şinyaşikinin durumuna aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, baldır əzələlərində gərilmə olan oyunçu 2 həftədən sonra məşqlərə qoşula biləcək. Həmin matçdan əvvəl baş tutan məşq prosesində sıradan çıxan Eddi İsrafilov isə 1 həftə sonra komandaya qoşula biləcək. Uzun müddətdi zədəli olan İvan Brkiç isə artıq fərdi hazırlaqlara start verib. Onun qısa müddətdən sonra komanda ilə məşqlərə qoşulması gözlənilir.
"Neftçi"nin zədəlilərinin durumuna aydınlıq gəldi
Premyer-liqa




