"Neftçi"nin və millimizin zədəli futbolçusu Eddi İsrafilovun durumuna aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, o, iki həftədən sonra məşqlərə başlayacaq. “Neftçi”nin baş həkimi Şaiq Zöhrablı təcrübəli futbolçunun səhhəti ilə bağlı klubun rəsmi saytına açıqlamasında bildirib:
“Eddi “Qarabağ”la oyunda zədə alıb. Epizodların birində ona qarşı kobudluq zamanı yıxılarkən bud əzələsində dartılma baş verdi. Hazırda ağrıları var. Təxminən iki həftəlik müalicədən sonra əvvəlcə fərdi olaraq, daha sonra komanda ilə məşqlərə başlayacaq”.
Qeyd edək ki, Eddi İsrafilov zədə səbəbindən milli komandanın düşərgəsindən ayrılıb.