Bu qış klubunu dəyişməyə üstünlük verən Türkiyə yığmasının iki üzvü yeni kollektivində debüt matçına çıxıblar. Amma onların debütü çox da ürəkaçan olmayıb.
Premyer-liqanın 24-cü turunda ''Bornmut'' ''Fulhem''in qonağı oldu. ''Bornmut''un ''Xetafe''dən yeni transfer etdiyi Enes Ünal 69-cu dəqiqədə meydana çıxaraq ilk dəfə şans qazandı. Amma həmin ana qədər matçın taleyi həll olunmuşdu. ''Fulhem'' artıq 3:1 öndə idi və bu nəticə sona qədər də dəyişmədi.
Abdülkadir Ömür isə ''Hall Siti''də ilk oyununa çıxdı. Acun Ilıcalının sahibi olduğu komanda çempionşipin 31-ci turunda ''Suonsi''ni qəbul etdi. ''Trabzonspor''dan transfer edilən Abdülkadir 76-cı dəqiqədə meydana çıxdı. Amma o da komandasını məğlubiyyətdən xilas edə bilmədi. ''Suonsi''nin 11-ci dəqiqədə vurduğu qol görüşdə yeganə oldu.
ƏLİ