Mahir "Betis"lə oyunlar üçün sifariş olundu

7.02.2024 13:35 221
Konfrans Liqası
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Konfrans Liqasının pley-off mərhələsində İspaniyanın “Betis” komandasına qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

"Football-plus.az" xəbər verir ki, siyahıda 32 futbolçunun adı yer alıb. Onların arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var. 27 yaşlı forvard hazırda zədəli olsa da, adı iştirak ərizəsində A siyahısına salınıb.

Qeyd edək ki, “Dinamo” və “Betis” komandaları arasında ilk oyun fevralın 15-də İspaniyada, cavab matçı isə bir həftə sonra Xorvatiyada keçiriləcək.