"Dinamo"nun (Zaqreb) Xorvatiyada superkubokunda “Hayduk”la (Split) oyun üçün heyəti müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, millimizin hücumçusu Mahir Emreli ehtiyat oyunçular skamyasında yer alıb.
Qeyd edək ki, bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
Xatırladaq ki, "Dinamo" son Xorvatiya çempionu, "Hayduk" son Xorvatiya kubokunun qalibidi.