Xorvatiya "Dinamo"su (Zaqreb) Konfrans Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb.
"Football-plus.az" ölkə çempionunun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, 28 oyunçudan ibarət siyahıya Azərbaycan millisinin hücumçusu Mahir Emreli də daxil edilib.
Qeyd edək ki, "Dinamo" G qrupunda “Viktoriya” (Plzen, Çexiya), “Astana” (Qazaxıstan) və “Balkani” (Kosovo) ilə münasibətləri aydınlaşdıracaq.