İlham Yadullayev Belarus yolçularını “Dalğa”da seçəcək

6.02.2024 17:52 226
Yığma / Manşet
17 yaşadək futbolçulardan ibarət milli komanda Belarusiyada təlim-məşq toplanışı keçəcək.

Komanda Minsk toplanışı çərçivəsində beynəlxalq turnirdə də iştirak edəcək - fevralın 18-də Belarusun U-18, 20-də Rusiyanın U-17 və 22-də Özbəkistanın U-18 yığması ilə üz-üzə gələcək. Görəsən, U-17-nın səfərə çıxacaq heyəti artıq bəllidimi? Rəqiblərin oyunları təhlil olunurmu? Bu suallara cavab tapmaq üçün U-17-nin baş məşqçisi İlham Yadullayevlə danışdıq. Onun “Football-plus.az”a söylədikləri:

“Bu beynəlxalq turnirdi, ona görə də hər il keçirilir. Qrupdakı rəqiblərimiz də bəllidi və onları təhlil edirik. İlk oyunumuz Belarusa qarşı olacaq, artıq onların bir neçə oyununa baxıb, təhlil etmişik. Əlimizdəki heyətlə, demək olar ki, ilk dəfə beynəlxalq yarışa çıxırıq. İstəyirik ki, heç bir yaxşı oyunçumuzu heyətdən kənarda saxlamayaq. Buna görə də sabah “Dalğa”da seleksiya oyunu keçiriləcək, seçimlər olacaq”.

KAMAL SƏFƏR